Icma.az
close
up
RU
Fraqmentlər Nəcməddin Mürvətov yazır

Fraqmentlər Nəcməddin Mürvətov yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəcməddin MÜRVƏTOV

"Afərin" eşitmək istəyi

İmkanlarına görə özünə böyük seçdiyi adamların tapşırıqlarının icrası ilə ötürür günlərini. Bu baxımdan adi deyil yaşamı. Kimlərə salam verib alması da onların rəyindən asılıdır. Beləcə, tərifləyir ləyaqətsizləri, aşağılayır layiqliləri. Yoxdur öz fikri. Görmür ətrafının qınayıcı baxışlarını. Qulaqardına vurur barəsində eşitdiklərini. Cəhd edir "böyük"lərinin onlarca yaxınlarının rəğbətini qazanmağa. Çalışır "qulluğunda" səhvlərə yol verməsin. Dilinə də qıfıl vurur onların yanında. Qorxur, çox qorxur "şef"lərinin xoşuna gəlməyən birisi barədə çaşıb həqiqəti demkdən. Haradasa "böyüyü"nün ünvanına deyilən xırda iradasa sərt reaksiya verməyi özünə borc bilir. Belədə qaldırdığı "vay-şüvən"in sorağının, "böyük təəssübkeşliyinin" sədasının ünvana çatmasından ötrü dəridən-qabıqdan çıxır. İstəyi var axı. "Böyük"dən "afərin" eşitmək istəyi. Bundan ötrü isə hər "şərəfsizliyə"  hazırdır. Bax belə yaşayır. Və adi deyil bu yaşam.

13.12.2024            

Ürəyi böyükmüş

Ağır bir işi götürmüşdük boynumuza. Müraciət edəcəyimiz hər kəsin yardımçımız olacağını düşünmüşdük. Axı bunda heç bir şəxsi xeyir gözləmirdik. El-oba işi idi. Yanılmışdıq. Başlanğıcda bizə xeyir-dua verənlər, əllərindən gələni edəcəklərini söz verənlər bir-bir yaxasını kənara çəkdi. Ayrı-ayrı imkanlılara da müraciətlərimizdən elə bir nəticə ala bilmirdik. İki nəfər qalmışdıq çoxlarının "başlayın, yanınızdayıq" dediyi işdə. Çətinliklə də olsa xeyli, lap xeyli iş görə bilmişdik. Qalan o qədər də asan olmayan mərhələni isə artıq ancaq və ancaq öz imkanımız, öz vəsaitimiz, o qədər də böyük olmayan imkanımızla gördürməyi qərar verdik. Hə, gördürməliydik.

Müraciət etdik neçə nəfərə. Çox yüksək qiymət dedilər. Bu işin xeyirxahlığı barədə moizələrimizə qulaq asan da olmadı. Ümidsizləşirdik. Artıq nə edəcəyimizi düşünə də bilmirdik. Allah yol açana kimi...

Təsadüfi oldu onunla söhbətimiz. O kasıb, imkansız adamla. Diqqətlə dinlədi bizi. "Kömək edərəm" - dedi. Qiymətləşmək istədik. Sakit səslə: "Mən belə işlərdən ötrü pul almıram" - dediyini eşitdik. Əlimizdə olan vəsaiti xahiş-minnətlə ona vermək istədik. Qəbul etmədi. "Onda başqasını tapın" - dedi. Gördü həmin işi. Halallığını verib getdi. Belələri üçün deyirlərmiş: "Kasıblığına niyə baxırsan, ürəyi böyükdür..."

17.12.2024                      

Arzulamadığım

Yanıma təbrikə gəlirdilər doğmalarım, yaxınlarım. Həyatımda baş verən önəmli hadisədən yana. Gözləmədiklərim də vardı aralarında. Uzun illər boyu mənə laqeyd münasibətdə olduqlarını düşündüklərim. Belələrinin gəlişi daha çox sevindirirdi məni. Yeni bir xoş istilik, məhrəmlik duyurdum onlardan. Qınayırdım da özümü "demə, onlar beləymiş" düşüncəmlə. Gözlədiklərim bəzilərindənsə laqeyd münasibət görməyim sıxırdı məni "demə onlar beləymiş" fikrimlə. Hamını, hamını qəbul etməyə hazır idim. Fərq qoymadan hər bir kəsi. Təkcə bir "cütlük"dən  savayı. Sorurdum özümdən: "Niyə axı, niyə?" Nifrətmi edirdim onlara-yox, acığımmı gəlirdi onlardan-yox. Bəs niyə? Əslində bu sualların cavabı da aydın idi mənə. Riyakarlığını görmüşdüm bu cütlüyün, həm də dönə-dönə. Hər dəfə onların izahatlarına özümü inanmış kimi göstərmişdim. Amma hər halda təkrarlanan riyakarlıqlar yaratmışdı ürəyimdə onlara qarşı bu qəribə hissi. Mənə xeyli, lap xeyli pislik etmişlərə yox, məhz bu cütlüyə idi bu hissim. Sadəcə məni təbrikə gəlməyini arzulamadığım adamlar idi bu "cütlük". Gəlsəydilər də, neyləyəcəkdim ki...

08.02.2025                    

"Şəxsiyyət"

Riya dolu kəlmələrdən "səngər" qurub özünə. Qəlbinin dərinliklərində qərar tutanlara tamamilə əks olan sözlərdən, kəlmələrdən. Düşünür, qoruyar onu başqalarına qarşı öz çirkin məqsədlərini həyata keçirmək üçün. Pak, saf, düz-dürüst mələk donunda təqdim etmək istəyir özünü bu şeytan xislətli adam. Qorxur axı kimlərinsə xoşuna gəlməz sonrakı sayıqlamaları. Başqalarına dediyi, deyəcəyi şər-böhtan. Haqdan, ədalətdən dəm vura-vura özünün içindəki mənfur niyyətləri həyata keçirmək istəyir. Bu niyyətlərsə gözünə xoş görünməyən, ac nəfsinin qarşısına çəpər çəkənləri qaralamaqdan, onlara ləkə yaxmaqdan ibarətdir. Tapır bundan ötrü cürbəcür sözlər, ibarələr. Yorulmur, usanmır. Mənfiliklər arayır hər görülən işdə. Hamı yalançı, fırıldaqçı, rüşvətxordur onun nəzərində. Taylarını öz ətrafına toplayıb səfərbər edir. Züy tuturlar onun "çaldıqlarına". Şəxsiyyət sayır özünü belə tərəfdarlarının arasında. Hə, "şəxsiyyətdir". Mən də təsdiq edirəm bunu. Amma göründüyü kimi, məhz dırnaq arasında!

05.02.2025                

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri