Icma.az
close
up
RU
Neft 70 dollardan aşağı düşdü Azərbaycanı nə GÖZLƏYİR...

Neft 70 dollardan aşağı düşdü Azərbaycanı nə GÖZLƏYİR...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp idxala yönəlik qarşılıqlı tariflərin tətbiqini nəzərdə tutan sərəncam imzaladıqdan sonra "Brent" neftin qiyməti 70 dollardan aşağı düşüb. ABŞ hakimiyyətinin bir çox ticarət tərəfdaşından idxal edilən mallara ən azı 10 faiz vergi tətbiq edəcəyini açıqlaması qlobal ticarət müharibələrinin dərinləşərək neft tələbatını məhdudlaşdıracağına dair narahatlıqları artırıb.

Bu qərarların və onların mümkün nəticələrinin yalnız neft bazarlarına deyil, ümumilikdə qlobal iqtisadiyyata və ticarətə mənfi təsir edəcəyi təhlükəsi var.

Trampın "qurtuluş günü" adlandırdığı 2 aprel tarixində verdiyi qərarlar nəticəsində aprel tarixində "Brent" nefti 5,4% dəyər itirərək 69,63 dollara düşdü. Bu 2023-cü ilin oktyabrından bəri ən böyük günlük itkidir. Eyni gündə WTI markalı neftin qiyməti 5,6% azalaraq 66,33 dollara enmişdi. Bu gün isə “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,68 ABŞ dolları təşkil edib.

Neft bazarında çalxalanma Azərbaycanın "qara qızıl"ına da təsirsiz ötüşməyib. Bu gün dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları, yaxud 2,15 % azalaraq 68,14 ABŞ dolları təşkil edib.

Neftin qiymətinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri müzakirə edilir.

Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, neftin qiymətinin enməsi Azərbaycan büdcəsinə təsir etməyəcək.

“Azərbaycan büdcəsində neftin qiyməti 70 dollar nəzərdə tutulub. Ümumən proqnozlaşdırılır ki, neftin qiyməti 45 dollara qədər ensə belə Azərbaycan iqtisadiyyatına və büdcə gəlirlərimizə böyük təsiri olmayacaq. Mən inanmıram ki, neft bu qədər ucuzlaşar”, - o qeyd edib.

Deputatın sözlərinə görə, neftin qiyməti müəyyən aylar üzrə artır və azalır.

"İl ərzində neftin qiymətinin stabil qalacağını hesab edirəm. Digər tərəfdən bizim kifayət qədər valyuta ehtiyatlarımız mövcuddur. Qeyri-neft sektorundan əldə olunan gəlirlər də kifayət qədər büdcəmizdə əksini tapır. Ona görə də neftin müəyyən qədər ucuzlaşması ölkə iqtisadiyyatına önəmli əks təsir etməyəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri