Icma.az
close
up
RU
“Neft aşağı düşsə, nə olacaq?” Sahil Babayevdən açıqlama

“Neft aşağı düşsə, nə olacaq?” Sahil Babayevdən açıqlama

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Maliyyə naziri Sahil Babayev gələn il büdcədə neftin 1 barelinin qiymətinin 65 dollardan götürülməsinə aydınlıq gətirib.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri deyib ki, 22 beynəlxalq təşkilatın rəqəmlərindən ibarət hovuz var.

“Bunlar əsasında illik neft qiymətini müəyyən edirik. Bütün proqnozlarda 22 təşkilatın konsensus qiyməti 65 dollardır. Bizim qoyduğumuz çərçivə konsensus qiymətlərindən bir az yuxarıdır. Neft aşağı düşsə, nə olacaq? Bu il ərzində neft qiyməti dəfələrlə aşağı düşüb. Amma 9 aylıq neftin satış qiymətinə baxanda müxtəlif dövrlərdə aşağı düşmələrə baxmayaraq, qiymət 72 dolların üzərində olub”, - deyə nazir bildirib.

Sahil Babayev qeyd edib ki, Azərbaycanın neft gəliri olmasa, nə baş verəcəyi hər zaman sual olunur: “Bu gün qeyri-neft gəliri kəsrini 19%-ə endirə bilmişik. Bu çox yaxşı dinamikadır. 2029-cu ilə bu baza kəsrimizin ÜDM-ə nisbətini 13 %-ə gətirməyi planlaşdırırıq. Paralel olaraq, büdcənin sağlamlaşdırılması üçün atılan addımlarla qeyri-neft gəlirləri dövlət büdcəsi gəlirlərinin 57%-i olacaq. Bütün bunlar iqtisadiyyatın inkişafının ən gözəl göstəricisidir. Biz bu gün vergi yükünü ciddi artırmamışıq. Biz qeyri-neft sektoru üzrə vergi yükündə ciddi artım etməmişik. Ölkəmizin neft qaz gəlirlərindən asılılığını minimuma endirməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri