Icma.az
close
up
RU
Neft azalır, qaz hasilatı sabit qalıb BP şirkəti yarım ilin rəqəmlərini açıqladı

Neft azalır, qaz hasilatı sabit qalıb BP şirkəti yarım ilin rəqəmlərini açıqladı

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzərin Azərbaycan sektorunda neft hasilatı azalır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsinin operatoru olan BP şirkəti ilin birinci yarısının yekunlarına dair hesabatında bildirib.

Məlumata görə, AÇG blokundan gündəlik orta hesabla 327 min barrel neft hasil olunub ki, bu da 2024-cü ilin birinci yarısında qeydə alınan 336 min barrel göstəricisindən azdır.

Ümumilikdə, AÇG blokundan 2025-ci ilin yanvar-iyun aylarında 59 milyon barrel neft hasil edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon barrel azdır.

Azalma bloka daxil olan demək olar ki, bütün sahələrdə qeydə alınıb, istisna yalnız “ACE” platformasıdır. Bu isə onunla izah olunur ki, “Azəri” yatağının mərkəzi-şərq hissəsi olan ACE 2024-cü ilin əvvəlində istismara verilib və orada hasilat artımı davam edir.

Azərbaycanın əsas qaz-kondensat yatağı olan “Şahdəniz”də isə hasilat dəyişməz qalıb – yarımillik dövrdə 14 milyard kubmetr qaz və 2 milyon ton kondensat hasil olunub. Bununla yanaşı, “Şahdəniz”in maksimal istehsal gücü 2024-cü ilin ortalarında olan 80,7 milyon kubmetrlə müqayisədə sutkada 77,2 milyon kubmetrə düşüb. 2025-ci ilin ilk yarısında “Şahdəniz”dən qaz ixracı gündəlik orta hesabla 62,4 milyon kubmetr təşkil edib, bu isə 2024-cü ilin eyni dövründəki 63,1 milyon kubmetrdən azdır.

2025-ci ildə AÇG layihəsinə artıq 817 milyon dollar xərclənib, bu isə 2024-cü ilin ilk yarısındakı 941 milyon dollardan azdır. “Şahdəniz” üzrə xərclər isə əksinə, artaraq 1,754 milyard dollara çatıb – 2024-cü ilin yanvar-iyun dövründə bu göstərici 1,658 milyard dollar təşkil edirdi.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Avqust 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see175

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see142

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see123

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri