Azərbaycan BP şirkəti ilə neft qaz və yaşıl enerji üzrə birgə layihələri müzakirə edib
525.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və BP şirkəti arasında neft-qaz və "yaşıl enerji" üzrə birgə layihələrin icrası müzakirə edilib.
525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycanın enerji sahəsində strateji tərəfdaşı BP ilə uzunmüddətli səmərəli əməkdaşlığın yeni mərhələdə inkişafına dair fikir mübadiləsi aparılıb. Şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığın cari vəziyyəti və birgə layihələrin icrası müzakirə olunub. Bu xüsusda, "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağında neft hasilatının sabitləşdirilməsi, AÇG-də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib. Həmçinin "Şəfəq-Asiman", "Şahdəniz Kompressiya", "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" (ƏDUA) layihələri üzrə görülən işlər və perspektivlər dəyərləndirilib.
Görüşdə 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının tikintisi ilə bağlı məsələlər də müzakirə edilib. Layihə BP-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına erkən mərhələdə verdiyi töhfənin göstəricisi kimi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu layihə "Səngəçal" terminalının elektrikləşdirilməsini təmin etməklə enerji keçidi istiqamətində həyata keçirilən fəaliyyətin nümunəsidir.
Söhbət zamanı Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji resursları ilə Avropa bazarı arasında Azərbaycanın körpü rolunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, bu strateji üstünlüyün gələcəkdə daha da gücləndirilməsi məqsədilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















