Icma.az
close
up
RU
Neft bahalaşır Azərbaycanın büdcəsinə milyonlar axa bilər

Neft bahalaşır Azərbaycanın büdcəsinə milyonlar axa bilər

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər dünya bazarında neftin qiyməti kəskin artıb. Belə ki, "Brent crude oil" markalı neftin qiyməti təxminən 90-93 dollar/barel səviyyəsinə yüksəlib. Bu, bir həftə ərzində təxminən 20–28% artım deməkdir. Bəzi günlərdə qiymət 6–8% gündəlik artım göstərib və iki ilə yaxın dövrün ən yüksək səviyyəsinə çatıb.

Analitiklər bildirir ki, Yaxın Şərqdə gərginlik davam edərsə, neftin qiyməti 100–120 dollara, hətta bəzi ssenarilərdə 150 dollara qədər yüksələ bilər. Hazırda Azərbaycan nefti "Azeri Light crude oil" markasının qiyməti də dünya bazarındakı artım fonunda yüksəlib.

Son məlumatlara görə "Azeri Light" neftinin qiyməti təxminən 86,16 dollar/barel səviyyəsinə qalxıb. Bu, 6,56 dollar və ya təxminən 8,2% artım deməkdir.

“Hesablamalara görə neftin qiymətinin hər 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 3 milyard dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 1,5 milyard dollar artırır".

Turkustan.az Musavat.com-a istinadən bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçı qeyd edib ki, bu hesablamalar tam dəqiq rəqəm kimi qəbul edilməməlidir. Çünki burada yalnız xam neftin satışı deyil, kondensat və digər enerji məhsullarının qiymət dinamikası da nəzərə alınır və hesablamalar təxminən illik ixrac həcmlərinə əsaslanan analitik qiymətləndirmədir: "Ona görə də bu yanaşmada müəyyən nisbi xəta var. Amma bu böyük olmadığından yuvarlaq olaraq belə götürülə bilər.

Digər bir məsələ isə bu rəqəmlərin illik ölçüdə hesablanmasıdır. Amma neft qiymətləri bir il ərzində eyni səviyyədə qalmır və bugünkü yüksək qiymətin bütün il boyu davam edəcəyini düşünmək doğru olmaz. Ona görə də vəziyyəti həftəlik ölçü ilə qiymətləndirmək daha real təsəvvür yaradar. Hesablamanı yuxarıdakı illik səviyyədə götürərək hesablasaq, deməli, ki, neftin qiymətinin hər 10 dollar artması bir həftə ərzində Azərbaycanın ixrac gəlirlərini təxminən 58 milyon dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 29 milyon dollar artırır.

Əgər büdcə hesablamalarında nəzərdə tutulan qiymət 65 dollar, bazarda faktiki qiymət isə 95 dollar səviyyəsindədirsə, bu artıq 30 dollar fərq deməkdir. Bu fərqi həftəlik ölçü ilə hesabladıqda isə ortaya belə bir mənzərə çıxır: ölkənin ixrac gəlirləri həftədə təxminən 170–175 milyon dollar, dövlət büdcəsinə daxilolmalar isə təxminən 85–90 milyon dollar daha çox olurDaha praktik anlaşılması üçün rəqəmləri bir az da xırdalayaq və 1 gündə 5 dollarlıq qiymət dəyişməsinin təsirinə baxaq. Bu halda görürük ki, neftin qiymətinin bir gündə 5 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 20–22 milyon dollar, dövlət büdcəsinə daxilolmaları isə təxminən 10–11 milyon dollar artırır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Mart 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri