Icma.az
close
up
RU
Neft bahalaşır: Azərbaycanın valyuta gəlirləri artır

Neft bahalaşır: Azərbaycanın valyuta gəlirləri artır

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya bazarında neftin qiymətinin kəskin artması fonunda Azərbaycanın iqtisadiyyatı üçün yaranan yeni imkanlar və risklər müzakirə olunur.

BAKU.WS-in məlumatına görə, hazırda "Azeri Light" markalı Azərbaycan neftinin bir barreli dünya bazarında dövlət büdcəsində nəzərdə tutulmuş qiymətdən təxminən iki dəfə baha - 120-130 ABŞ dolları civarında satılır.

Bu vəziyyət ilk baxışdan ölkə iqtisadiyyatı üçün müsbət amil kimi qiymətləndirilir. Belə ki, yüksək neft qiymətləri Azərbaycanın valyuta gəlirlərini artırır, dövlət büdcəsinə əlavə daxilolmalar yaradır və strateji valyuta ehtiyatlarının genişlənməsinə səbəb olur. Bu isə öz növbəsində milli valyutanın - manatın uzun müddət sabit qalmasına və devalvasiya risklərinin azalmasına şərait yaradır.

Lakin məsələ təkcə müsbət tərəflərlə məhdudlaşmır. Neftin bahalaşması paralel olaraq bir sıra iqtisadi çağırışlar da yaradır. Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən yarısı idxalın payına düşür. Rəsmi statistikaya görə, təkcə ötən il ölkəyə 24,4 milyard ABŞ dolları dəyərində əmtəə və xidmət idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 15,8 faiz artım deməkdir.

Qlobal enerji bazarlarında qiymətlərin yüksəlməsi Azərbaycanın əsas ticarət tərəfdaşlarına da təsir edir. Enerji daşıyıcılarının bahalaşması həmin ölkələrdə istehsal xərclərini artırır. Nəticədə Azərbaycan idxal etdiyi qeyri-neft məhsullarını daha yüksək qiymətlərlə əldə etməli olur. Bu isə daxili bazarda qiymət artımına, yəni inflyasiyanın güclənməsinə gətirib çıxara bilər.

İqtisadçılar bildirirlər ki, bu proses uzun müddət davam edərsə, idxaldan asılılıq iqtisadiyyatda əlavə təzyiq yarada bilər. Xüsusilə ərzaq, sənaye məhsulları və texnologiya idxalında bahalaşma əhalinin alıcılıq qabiliyyətinə də təsir göstərə bilər.

Beləliklə, neftin bahalaşması Azərbaycan üçün həm imkanlar, həm də risklər yaradır. Bir tərəfdən valyuta axınının artması və maliyyə sabitliyi təmin olunur, digər tərəfdən isə idxalın bahalaşması və inflyasiya təzyiqləri iqtisadi balansın qorunmasını daha da vacib edir. Bu şəraitdə qeyri-neft sektorunun inkişafı və idxaldan asılılığın azaldılması əsas prioritetlərdən biri olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Mart 2026 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri