Icma.az
close
up
RU
Neft bazarında gözlənilməz gedişat Hökumətin B planı nədir?

Neft bazarında gözlənilməz gedişat Hökumətin B planı nədir?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

2026-cı ilin dövlət büdcəsində “Azərlayt” neftinin bir barreli 65 dollar hesablanıb. Amma dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması bu proqnozları sual altına salıb.

Qiymət enişi müvəqqətidirmi, yaxın zamanda dayana və yenidən bahalaşa bilərmi? Neftin dəyər itirdiyi bir vaxtda hökumətin hansı “B planı” var?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, neftin dünya bazarında ucuzlaşması təklifin tələbi üstələməsi fonunda baş verir:

“Son dövrlərdə qlobal xam neft hasilatı artıb, lakin iqtisadi aktivlik zəif olduğu üçün tələbat azalır. Bu iki amil qiymətlərin enməsinə səbəb olur. Qabaqcıl maliyyə institutları qiymətlərin uzunmüddətli dövrdə aşağı qala biləcəyini, hətta 50, bəzi proqnozlara görə isə, 30 dolların altına düşə biləcəyini bildirirlər. Gələcəkdə geosiyasi risklər və ya istehsalçı ölkələrdə təklifin məhdudlaşması qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Hazırda isə qiymətlərin enməsində əsas rol oynayan amillərdən biri OPEC+ ölkələrində intizamın zəifləməsidir. Bir sıra ölkələr razılaşdırılmış kvotalara əməl etmir. Bununla yanaşı, ABŞ-da şist neftinin hasilatı artır və nəticədə bazara böyük həcmdə əlavə neft çıxır. İran və Venesuelanın sanksiyaların qismən yumşalması fonunda bazara qayıtması da, qlobal təklifi yüksəldən digər mühüm faktordur.

Digər tərəfdən, dünya iqtisadi artımı zəifdir. Çində dinamika əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb, Avropa isə geriləmə mərhələsindədir. Bu da enerji tələbatını azaldır. Avropada bərpa olunan enerji mənbələrinə keçidin sürətlənməsi və elektrik nəqliyyat vasitələrinin genişlənməsi də neft ilə qaz kimi qeyri-bərpa olunan enerji resurslarına ehtiyacı aşağı salır. Bütün bu amillər qiymətlərin enməsi ilə nəticələnir. Qiymətlərin bərpası üçün əsas şərt təklifin azaldılması və ya istehsalda məhdudiyyətlərin yaranmasıdır. Bu da yalnız müəyyən geosiyasi hadisələr baş verdikdə mümkündür”.

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, növbəti il üçün Azərbaycanın dövlət büdcəsi artıq formalaşdırılıb və ciddi risk görünmür:

“Neftin qiymətində dəyişikliklər vergilər vasitəsilə büdcəyə yalnız cüzi təsir göstərir. Lakin qiymətlərin düşməsi Dövlət Neft Fondunun gəlirlərini azaldır və bu, gələcək illərdə büdcəyə edilən transferlərin azalmasına səbəb olacaq. Həm neftin qiymətinin, həm də hasilatın aşağı düşməsi 2026-cı ildən sonra dövlətin investisiya və sosial proqramlarını tam həcmdə həyata keçirməsini çətinləşdirə bilər. Büdcədən əhaliyə yönələn vəsaitin azalmasının ümumi iqtisadi aktivliyə, əmlak bazarına və əhalinin gəlirlərinə də mənfi təsirləri mümkündür.

Ekspertin sözlərinə görə, “hökumətin B planı” dedikdə alternativ strategiya nəzərdə tutulur:

“Lakin istənilən strategiyanın əsasında effektiv maliyyə idarəetməsi dayanmalıdır. Hazırda bu sahədə səmərəlilik aşağıdır. Çünki idarəetmə pərakəndə, qeyri-şəffaflıq yüksək və maliyyə intizamı zəifdir. Bu səbəbdən də effektiv hər hansı bir model qurmaq olmur. Ona görə də ölkə iqtisadiyyatı üçün səmərəli maliyyə idarəetməsi qeyri-mümkündür. İllər ərzində əldə olunan neft gəlirlərinin böyük hissəsinin böyük bir hissəsi israf edilib. Bu da mövcud problemləri daha da dərinləşdirib. Vəziyyətdən çıxış yolu strategiyadan əvvəl “yaxşı maliyyə idarəetməsi” adlanan terminin tətbiqidir. Hesab edirəm ki, hökumətin “B planı” yoxdur, yalnız dediyim bünövrənin əsasında real “B planının” formalaşdırılması mümkündür”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri