Neft Fondu 126 milyard manatı harada saxlayır? Siyahı
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin həcmi 74 milyard 3 milyon dollar (125,8 milyard manat) təşkil edib.
Yeniavaz.com xəbər verir ki, Neft Fondunun investisiya portfelindəki vəsaitlərin 26,3%-i və ya 19,2 milyard dolları Avropa regionunda yerləşən ölkələrdə saxlanılır.
Qeyd edək ki, son bir il ərzində Avropada saxlanılan vəsaitlərin payı azalıb. Belə ki, ötən ilin oktyabr ayının əvvəlinə olan göstəricilərə əsasən, investisiya portfelinin 29,1%-i və ya 20,4 milyard dolları Avropada yerləşirdi.
Şimali Amerikada saxlanılan vəsaitlərin payı eyni dövrdə 24,8%-dən 27,4%-ə qədər artıb. Dollar ifadəsində bu göstərici 17,4 milyard dollardan 20,3 milyard dollara yüksəlib.
Neft Fondunun ümumi investisiya portfelinin 32,3%-i və ya 23,9 milyard dolları qızılda saxlanılır. Ötən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 32,8% və ya 23 milyard dollar dəyərində olub.
Bunlardan başqa, Neft Fondunun investisiya portfelinin 9,5%-i Asiya ölkələrində (ötən il 8,5% olub), 1,9%-i Yaxın Şərq ölkələrində (ötən il 1,4%), 1,4%-i beynəlxalq maliyyə təşkilatlarında (ötən il 2,3%), 1,1%-i Avstraliya və Yeni Zelandiyada (ötən il 1%), 0,1%-i isə Latın Amerikası ölkələrində (dəyişməyib) saxlanılıb.
ElnurƏli
Bu mövzuda digər xəbərlər:Neft Fondu 73,5 milyard dolları harada saxlayır? Tam siyahı
24 Aprel 2026 16:04
Neft Fondu 70 milyard dolları harada saxlayır?
27 Oktyabr 2025 22:11
Neft 126 dollara yaxınlaşdı:
28 Sentyabr 2026 09:58
Neft Fondu neft qaz satışından 8 milyard qazandı
16 Oktyabr 2026 18:44
Rusiyanın neft tankerlərini “qara siyahı”da
20 Fevral 2026 11:27
Baxış sayı:121
Bu xəbər 21 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















