Icma.az
close
up
RU
Neft Fondunun İcraçı direktoru Beynəlxalq Forumun Sədr müavini seçilib

Neft Fondunun İcraçı direktoru Beynəlxalq Forumun Sədr müavini seçilib

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin məcmu vəsaitlərinin həcmi 8 trilyon ABŞ dollarından çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilat olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən illik 16-cı iclasında iştirak edir.

Oman İnvestisiya Təşkilatının “Dayanıqlı gələcək axtarışında” başlığı altında ev sahibliyi etdiyi tədbir dayanıqlı və davamlı investisiya strategiyalarının müzakirəsi məqsədilə SFBF-nin üzvü olan suveren fondları bir araya gətirib. Yığıncağa 100-dən çox maliyyə və inkişaf institutlarını təmsil edən 200-dən çox nümayəndə qatılıb.

Yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibi müəyyən olunub. SFBF-nin Sədr müavini vəzifəsinə keçirilən seçkilərdə ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov səs çoxluğu ilə seçilib. Qeyd olunmalıdır ki, İdarə Heyətinin sədr müavini vəzifəsi üç ili əhatə edir və sözügedən müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti üç il ərzində İdarə Heyətinin Sədri vəzifəsinin icrası başlayır. İsrafil Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli bir göstəricisidir.

Çıxışı zamanı İsrafil Məmmədov Santiaqo Prinsiplərinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, güclənən proteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır. “Suveren fondlar olaraq biz yalnız gəlir əldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq və çevikliyin təmin olunması üçün çalışmalıyıq,” – deyə o bildirib.

Yığıncaq çərçivəsində öz ölkələrinin ən iri suveren fondları olan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”) , Abu Dabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası (“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarının təmsilçiləri İdarə heyətinin üzvləri seçilib.

Katibliyi London şəhərində yerləşən SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. ARDNF-nin həmtəşkilatçılığı ilə SFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” başlığı altında 14-cü illik iclası 2022-ci ildə Bakıda baş tutmuşdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri