Neft Fondunun icraçı direktoru qızılın qiymətinə təsir edən amilləri açıqlayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ildən qızıla yatırımların 11 mlrd. dollar həcmində büdcədənkənar gəlir formalaşdırıb.
Bunu "APA-Economics"ə müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov deyib. O bildirib ki, son illərdə qızıl ehtiyatlarının artırılması qlobal miqyasda müşahidə olunan tendensiyadır. Bu yanaşma xüsusilə xarici şokların intensivləşməsi, maliyyə bazarlarında volatilliyin artması, geosiyasi risklər və valyuta bazarlarında qeyri-sabitliklə bağlıdır. Bu şəraitdə qızıl emitent asılılığı olmayan, faiz və tərəf-müqabili risklərindən nisbətən azad olan və maliyyə sistemində gərginliklər zamanı dəyərin qorunmasına imkan verən strateji aktiv kimi çıxış edir. Bu çərçivədə, 2025-ci ilin üçüncü rübünün sonuna qızıl aktivlərinin həcmi 185 ton olmaqla 23 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən etibarən Fond üçün 11 milyard ABŞ dolları məbləğində büdcədənkənar gəlir formalaşdırıb. Belə ki, qızılın bazar qiymətindəki dəyişikliklər Fondun ümumi aktivlərinin dəyərində əks olunsa da, bu dəyişikliklər investisiya portfelinin gəlirliliyinin hesablanmasında ayrıca aktiv sinfi üzrə gəlir kimi deyil, bir çox institusional investorların təcrübəsinə uyğun olaraq məzənnə dəyişkənliyindən yaranan fərq kimi ehtiyatların dəyərinin dəyişməsində nəzərə alınır.
Qızılın qiyməti ilə bağlı gözləntilərə gəldikdə isə İ.Məmmədov əlavə edib ki, real faiz dərəcələrinin dinamikası, ABŞ dollarının dəyəri, aparılan monetar siyasətlər, habelə hazırkı dövrdə qızıl qiymətinə ən güclü təsir göstərən amil kimi geosiyasi gərginliklərin gələcəkdə mümkün inkişaf istiqamətləri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















