Icma.az
close
up
RU
Neft Fondunun pul qoyduğu qlobal şirkətlər batır Milyardların taleyi necə olacaq?

Neft Fondunun pul qoyduğu qlobal şirkətlər batır Milyardların taleyi necə olacaq?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Dünya birjalarındakı dalğalanmalar Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinə təsir etsə də, ciddi narahatlığa əsas görmürəm”.

“AzPolitika” bildirir ki, bunu iqtisadçı-ekspert Xalid Kərimli “Gününsəsi.info”-ya açıqlamasında deyib.

“2023-cü ildə investisiya portfelinin 24,3 faizi, 2024-cü ildə isə 26,6 faizi səhmlərdən ibarətdir, Neft Fondunun 2024-cü ildə ümumi gəlirliliyi 6,6 faizdir. Bu gəlirliliyin 4,3 faizi məhz səhmlərlə bağlıdır. Fondun gəlirlərində səhmlərin payı yüksəkdir”, - iqtisadçı əlavə edib.

Qeyd olunur ki, Fondun səhm portfelində yer alan yatırımlar sürətlə dəyər itiririr. 2024-cü ilin sonuna ARDNF-nin 13,4 milyard dollarlıq səhmlərinin 3 milyard 112 milyon dolları dünyanın TOP-10 qlobal nəhənglərinə edilən investisiyalardan ibarətdir. Hazırda həmin nəhəng şirkətlərin səhmlərinin dəyəri aşağı düşməkdədir.

Belə ki, Fondun “Tesla”ya yatırımları 197 milyon dollar təşkil edir və bu, səhm portfelinin 1,7 faizini əhatə edir. “Tesla” həm aktivlərini sürətlə itirir, həm də səhmlərinin dəyəri azalır. Şirkətin səhmləri 480 dollar olan pik həddindən 222 dollara qədər geriləyib.

ARDNF-nin “Apple Inc.”-yə yatırımları 645 milyon dollar təşkil edir və bu, Fondun səhm portfelində 5,5 faiz paya malikdir. Şirkətin səhmləri hazırda 4,8 faiz ucuzlaşaraq 235 dollardan 227,4 dollara düşüb.

2023-cü ilin ilk yarısından etibarən ABŞ-nin ən iri çip istehsalçısı NVIDIA Fondun portfelində daha çox paya sahib olmağa başlayıb və hazırda ARDNF-nin səhmlərinin 4,7 faizi bu qlobal şirkətə yatırılıb. Bu, təqribən 557 milyon dollar təşkil edir. Lakin NVIDIA-nın səhmləri də sürətlə dəyər itirir. Bir vaxtlar 1255 dollar olan səhmlər hazırda 106,9 dollara satılır. Bazar ertəsi birjalarında 5,8 faiz ucuzlaşma qeydə alınıb.

Neft Fondunun “Microsoft”a investisiyası 504 milyon dollar təşkil edir və Fondun səhm portfelində 4,3 faizlik paya malikdir. Lakin bu həftə “Microsoft” un səhmləri 3,8 faiz dəyər itirib.

Bundan əlavə, Fondun portfelində yer alan digər qlobal nəhənglərdən olan “Amazon”un səhmləri 2,3 faiz, “Meta Platforms” və “Google”– səhmləri 4,4 faiz, “Broadcom Inc.”-in səhmləri isə 5,4 faiz ucuzlaşıb.

ARDNF-nin “Amazon”a yatırımları 351 milyon dollar təşkil edir və səhm portfelindəki payı 3 faizdir. “Meta Platforms”a edilən yatırımlar isə portfelin 1,8 faizini təşkil edir. Mark Zukerberqin şirkətinə qoyulan sərmayənin ümumi həcmi 217 milyon dollar olub.

“Google”a aid iki şirkətə ayrılıqda investisiyalar 188 milyon dollar və 163 milyon dollar təşkil edib. “Broadcom Inc.”- yə qoyulan sərmayə isə 174 milyon dollardır.

ARDNF-nin investisiya portfeli səhmlər, istiqrazlar, qızıl və daşınmaz əmlakdan ibarətdir. Fondun gəlirləri əsasən neft və qazın satışından, habelə aktivlərin idarə edilməsindən əldə olunan vəsaitlər hesabına formalaşır.

İnvestisiya portfelinin aktivlər üzrə bölgüsündə səhmlərin payı 26,6 faiz təşkil edir. Dünya birjalarındakı dalğalanmaların bu istiqamətdən daxilolmalara təsirsiz ötüşməyəcəyi gözlənilir.

Digər tərəfdən, neftin qiymətinin enməsi də Fondun gəlirlərinə mənfi təsir göstərə bilər. Hazırda dünya bazarında “Brent” markalı neftin qiyməti 69-70 dollar/barrel civarında dəyişir. 2025-ci il üçün neftin qiymətinin daha da ucuzlaşacağına dair proqnozlar səsləndirilir.

Mövcud tendensiyalara əsasən, 2025-ci ildə Fondun çətin bir dönəmdən keçə biləcəyi və gəlirlərinə, aktivlərinə təzyiqlərin artacağı proqnozlaşdırıla bilərmi?

Birjaların qeyri-sabitliyi, səhmlərin ucuzlaşması və neftin qiymətindəki enişlər ARDNF-nin maliyyə strategiyasını yenidən nəzərdən keçirməsini zəruri edə bilərmı?

X.Kərimlinin sözlərinə görə, qızıl yatırımları səhm bazarında olan riskləri tarazlaşdırır: “Əgər 2023-cü ildə investisiya portfelinin 12 faizi qızıldan ibarət idisə, 2024-cü ildə bu göstərici 20,6 faizə çatıb. Strateji hədəflərdə 25 faizə çatdırılması planlaşdırılır. Qızılın dünya bazarında qiyməti artır. İlin əvvəlində qızılın 1 unsiyasının qiyməti 2600 dollardan 2910 dollara qədər yüksəlib. Qızıl yatırımları səhmlərdəki müvəqqəti enişləri kompensasiya edə bilər. Hazırkı vəziyyətdə Dövlət Neft Fondu üçün ciddi risklər görmürəm. Fond, bazardakı qeyri-müəyyənlikləri və gərginlikləri nəzərə alaraq qızıla investisiyaları artırır. Bu, qızılın qiymətinin yüksələcəyini gözlədikləri üçün atılan addımlardır”.

Ekspert səhmlərdə baş verən enişlərin də böhran xarakteri daşımadığını qeyd edib: “Səhmlərdə düşüşlər olsa da, burada kəskin korreksiyadan söhbət getmir. Təxminən 5 faizlik enişlər müşahidə olunur. Əvəzində qızıl portfelində 10 faizlik artım qeydə alınıb. Buna görə də Neft Fondunun gəlirlərində hazırda hər hansı ciddi problem görünmür.”

X.Kərimli neftin qiymətindəki dəyişikliklərin Neft Fondunun gəlirlərinə təsiri barədə deyib ki, büdcə proqnozlarında neftin qiyməti günlük deyil, illik götürülür: “Maliyyə Nazirliyinin büdcə layihəsində neftin baza qiyməti 70 dollar/barrel nəzərdə tutulub. Neftin qiymətinin baza ssenarisindən hər 10 dollar yüksək olması büdcəyə 400 milyon manat, Neft Fonduna isə 1,8 milyard manat əlavə gəlir gətirir. Əksinə, hər 10 dollar ucuzlaşma büdcəyə 300 milyon manat, Neft Fonduna isə 1,8 milyard manat ziyan vurur”.

Ekspert onu da əlavə edib ki, hazırkı qiymətlər proqnozlara uyğun gedir. “Son 70 gün ərzində orta illik neft qiyməti 70 dolların üzərindədir. Son günlər neft qiymətləri aşağı düşsə də, “Azəri Layt” markalı neft hazırda 70 dolların üzərində ticarət olunur. Buna görə də, hələlik, ciddi narahatlığa ehtiyac yoxdur”- X.Kərimli fikirlərini yekunlaşdırıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Mart 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see327

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see175

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see135

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see129

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see127

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see127

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri