Icma.az
close
up
RU
Dövlət Neft Fondunun investisiya qoyduğu şirkətlər enişdə 2025 Cİ İL ÜÇÜN BƏDBİN PROQNOZ

Dövlət Neft Fondunun investisiya qoyduğu şirkətlər enişdə 2025 Cİ İL ÜÇÜN BƏDBİN PROQNOZ

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bu həftə dünya birjaları təlatümlə açıldı və iqtisadi dairələrdə bu günlər hətta “Qara Cümə” kimi xarakterizə edilir. Həftənin bazar ertəsi ABŞ Prezidenti Donald Trampın tarif siyasəti və iqtisadiyyatda yeni “keçid dövrü” ilə bağlı çıxışı Amerika, Asiya və Avropa birjalarına ciddi təsir göstərib.

Donald Tramp iqtisadiyyatın bu il tənəzzülə girə biləcəyi ehtimalını istisna etməkdən imtina etdikdən sonra, Birləşmiş Ştatların fond bazarı 1,7 trilyon dollardan çox dəyər itirib.

Belə ki, bazar günü Fox News-a verdiyi müsahibədə Trampdan bu il tənəzzül gözləyib-gözləmədiyi soruşulub və o, iqtisadi eniş ehtimalını istisna etməyib: “Belə şeyləri proqnozlaşdırmağa nifrət edirəm. Keçid dövrü var, çünki gördüyümüz işlər çox böyükdür,” – Tramp bildirib.

“Biz Amerikaya sərvət gətiririk. Bu, böyük bir şeydir… Bir az vaxt tələb edir, amma düşünürəm ki, bu, bizim üçün əla olacaq.”

Amerika prezidentinin bu müsahibəsindən sonra birjalarda kəskin dalğa yaradıb və ciddi narahatlıqlara yol açıb. 

Amerikanın böyük kompaniyaları  S&P 500 indeksi bazar ertəsi 2,7 faiz düşərək fevralın 19-da əldə etdiyi tarixi maksimumdan təxminən 9 faiz gerilədi. Nasdaq-100 3,81 faiz dəyər itirərək 2022-ci ilin sentyabrından bəri ən kəskin bir günlük itki ilə üzləşdi.

Tramp hökumətini xərclərin azaldılmasına çağıran Elon Maskın elektrik avtomobil şirkəti “Tesla” isə 15,43 faiz dəyər itirərək ən çox zərər görən şirkət olub.

Çərşənbə axşamı Asiya fond birjalarında da azalma müşahidə edilib. Yaponiyanın Nikkei 225 indeksi 5 faiz, Tayvanın TAIEX indeksi 2,5 faizdən çox, Honq Konqun Hang Seng indeksi isə təxminən 1,5 faiz ucuzlaşıb.

Sinqapurdakı APAC Advisors şirkətinin təsisçisi və baş direktoru Stiv Okun “Əl-Cəzirə”yə verdiyi açıqlamasında bildirib ki, bazarda tam qeyri- müəyyənlik var.

“Trampın tariflərlə bağlı, xüsusən də Meksika və Kanada ilə bağlı atdığı addımlarının heç bir etibarlılığı yoxdur. Buna görə də bazarlar belə reaksiya verirlər. Çünki nə baş verəcəyini bilmirlər” -deyə analitik bildirib. 

Goldman Sachs iqtisadçıları keçən həftə növbəti 12 ay ərzində tənəzzül ehtimalını 15 faizdən 20 faizə, JPMorgan Chase isə “ABŞ-ın ifrat siyasətləri sayəsində” 30 faizdən 40 faizə qaldırıb.

Dünya birjalarındakı dalğalanmalar Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə də təsir göstərə bilər. Xüsusilə, Fondun səhm portfelində yer alan yatırımlar dəyər itirməkdədir.

2024-cü ilin sonuna ARDNF-nin 13,4 milyard dollarlıq səhmlərinin 3 milyard 112 milyon dolları dünyanın TOP-10 qlobal nəhənglərinə edilən investisiyalardan ibarətdir. Hazırda həmin nəhəng şirkətlərin səhmlərinin dəyəri aşağı düşməkdədir.

Belə ki, Fondun “Tesla”ya yatırımları 197 milyon dollar təşkil edir və bu, səhm portfelinin 1,7 faizini əhatə edir. “Tesla” həm aktivlərini sürətlə itirir, həm də səhmlərinin dəyəri azalır. Şirkətin səhmləri 480 dollar olan pik həddindən 222 dollara qədər geriləyib.

ARDNF-nin “Apple Inc.”yə yatırımları 645 milyon dollar təşkil edir və bu, Fondun səhm portfelində 5,5 faiz paya malikdir. Şirkətin səhmləri hazırda 4,8 faiz ucuzlaşaraq 235 dollardan 227,4 dollara düşüb.

2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı NVIDIA Fondun portfelində daha çox paya sahib olmağa başlayıb və hazırda ARDNF-nin səhmlərinin 4,7 faizi bu qlobal şirkətə yatırılıb. Bu, təqribən 557 milyon dollar təşkil edir. Lakin NVIDIA-nın səhmləri də sürətlə dəyər itirir. Bir vaxtlar 1255 dollar olan səhmlər hazırda 106,9 dollara satılır. Bazar ertəsi birjalarında 5,8 faiz ucuzlaşma qeydə alınıb.

Neft Fondunun “Microsoft”a investisiyası 504 milyon dollar təşkil edir və Fondun səhm portfelində 4,3 faizlik paya malikdir. Lakin bu həftə “Microsoft” un səhmləri 3,8 faiz dəyər itirib.

Bundan əlavə, Fondun portfelində yer alan digər qlobal nəhənglərdən olan “Amazon”un səhmləri 2,3 faiz, “Meta Platforms”“Google”– səhmləri 4,4 faiz, “Broadcom Inc.”in səhmləri isə 5,4 faiz ucuzlaşıb.

ARDNF-nin “Amazon”a yatırımları 351 milyon dollar təşkil edir və səhm portfelindəki payı 3 faizdir.
“Meta Platforms”a edilən yatırımlar isə portfelin 1,8 faizini təşkil edir.

Mark Zukerberqin şirkətinə qoyulan sərmayənin ümumi həcmi 217 milyon dollar olub.

“Google”a aid iki şirkətə ayrılıqda investisiyalar 188 milyon dollar və 163 milyon dollar təşkil edib. !Broadcom Inc.” yə qoyulan sərmayə isə 174 milyon dollardır.

2025-ci il Neft Fondu üçün çətin il ola bilərmi?

ARDNF-nin investisiya portfeli səhmlər, istiqrazlar, qızıl və daşınmaz əmlakdan ibarətdir. Fondun gəlirləri əsasən neft və qazın satışından, habelə aktivlərin idarə edilməsindən əldə olunan vəsaitlər hesabına formalaşır.

İnvestisiya portfelinin aktivlər üzrə bölgüsündə səhmlərin payı 26,6 faiz təşkil edir. Dünya birjalarındakı dalğalanmaların bu istiqamətdən daxilolmalara təsirsiz ötüşməyəcəyi gözlənilir.

Digər tərəfdən, neftin qiymətinin enməsi də Fondun gəlirlərinə mənfi təsir göstərə bilər. Hazırda dünya bazarında “Brent” markalı neftin qiyməti 69-70 dollar/barrel civarında dəyişir. 2025-ci il üçün neftin qiymətinin daha da ucuzlaşacağına dair proqnozlar səsləndirilir.

Mövcud tendensiyalara əsasən, 2025-ci ildə Fondun çətin bir dönəmdən keçə biləcəyi və gəlirlərinə, aktivlərinə təzyiqlərin artacağı proqnozlaşdırıla bilərmi?

Birjaların qeyri-sabitliyi, səhmlərin ucuzlaşması və neftin qiymətindəki enişlər ARDNF-nin maliyyə strategiyasını yenidən nəzərdən keçirməsini zəruri edə bilərmı?

İqtisadçı-ekspert Xalid Kərimli Gununsesi.info-ya açıqlamasında Neft Fondunun gəlirləri ilə bağlı ciddi narahatlığa əsas görmədiyini bildirib.

Onun sözlərinə görə, səhm bazarındakı enişlər Fondun gəlirlərinə təsir etsə də, bu, kritik həddə deyil: “2023-cü ildə investisiya portfelinin 24,3 faizi, 2024-cü ildə isə 26,6 faizi səhmlərdən ibarətdir, Neft Fondunun 2024-cü ildə ümumi gəlirliliyi 6,6 faizdir. Bu gəlirliliyin 4,3 faizi məhz səhmlərlə bağlıdır. Fondun gəlirlərində səhmlərin payı yüksəkdir.”

X.Kərimlinin sözlərinə görə, qızıl yatırımları səhm bazarında olan riskləri tarazlaşdırır: “Əgər 2023-cü ildə investisiya portfelinin 12 faizi qızıldan ibarət idisə, 2024-cü ildə bu göstərici 20,6 faizə çatıb. Strateji hədəflərdə 25 faizi çatdrılması planlaşdırılır. Qızılın dünya bazarında qiyməti artır. İlin əvvəlində qızılın 1 unsiyasının qiyməti 2600 dollardan 2910 dollara qədər yüksəlib. Qızıl yatırımları səhmlərdəki müvəqqəti enişləri kompensasiya edə bilər. Hazırkı vəziyyətdə Dövlət Neft Fondu üçün ciddi risklər görmürəm. Fond, bazardakı qeyri-müəyyənlikləri və gərginlikləri nəzərə alaraq qızıla investisiyaları artırır. Bu, qızılın qiymətinin yüksələcəyini gözlədikləri üçün atılan addımlardır.”

Ekspert səhmlərdə baş verən enişlərin də böhran xarakteri daşımadığını qeyd edib: “Səhmlərdə düşüşlər olsa da, burada kəskin korreksiyadan söhbət getmir. Təxminən 5 faizlik enişlər müşahidə olunur. Əvəzində qızıl portfelində 10 faizlik artım qeydə alınıb. Buna görə də, Neft Fondunun gəlirlərində hazırda hər hansı ciddi problem görünmür.”

X.Kərimli neftin qiymətindəki dəyişikliklərin Neft Fondunun gəlirlərinə təsiri barədə onu qeyd etdi ki, büdcə proqnozlarında neftin qiyməti günlük deyil, illik götürülür: “ Maliyyə Nazirliyinin büdcə layihəsində neftin baza qiyməti 70 dollar/barrel nəzərdə tutulub. Neftin qiymətinin baza ssenarisindən hər 10 dollar yüksək olması büdcəyə 400 milyon manat, Neft Fonduna isə 1,8 milyard manat əlavə gəlir gətirir. Əksinə, hər 10 dollar ucuzlaşma büdcəyə 300 milyon manat, Neft Fonduna isə 1,8 milyard manat ziyan vurur.”

Ekspert onu da əlavə edib ki, hazırkı qiymətlər proqnozlara uyğun gedir.

“Son 70 gün ərzində orta illik neft qiyməti 70 dolların üzərindədir. Son günlər neft qiymətləri aşağı düşsə də, “Azəri Layt” markalı neft hazırda 70 dolların üzərində ticarət olunur. Buna görə də, hələlik ciddi narahatlığa ehtiyac yoxdur”-deyə X.Kərimli fikirlərini yekunlaşdırıb.

Vüsalə Rüstəmova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Mart 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri