Icma.az
close
up
RU
Neft hasilatı bu il daha 2 milyon ton aşağı düşür

Neft hasilatı bu il daha 2 milyon ton aşağı düşür

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Son illər neft hasilatı ilə bağlı göstəricilər yalnız məyusluq doğurur. Çünki ard-arda azalma qeydə alınır. Belə görünür ki, yaxın illərdə ciddi neft ölkəsi statusundan uzaqlaşacağıq.

Hurriyyet.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında kondensatla birlikdə cəmi 13,7 milyon ton neft hasil etmişik. Keçən ilin yanvar-iyun ayları üzrə göstəricidən təxminən 700 min ton az məhsul əldə olunub. Proqnozlar azalmanın il ərzində davam edəcəyini, 2025-ci ildə hasilatın son hesabat dövrü ilə müqayisədə daha 2 milyon ton aşağı düşəcəyini bildirir.

Neft ən çox “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunub (8 milyon ton). SOCAR-ın payına 3,5 milyon ton düşüb. Sonrakı mövqedə “Şahdəniz” (1,9 milyon ton) və “Abşeron” (0,3 milyon ton) qərarlaşıb.

Əvvəlki illərlə müqayisə yaxşı mənzərə ortaya qoymur. 2010-cu ildə Azərbaycan 50,8 milyon ton neft hasil edirdi. Sonrakı üç il ərzində də vəziyyət çox pisləşməmişdi (44,6 milyon ton). Pandemiyadan sonra azalma sürəti artdı. 2022-ci ili 32,7 milyon ton neftlə başa vurmuşduq. Bu ilin sonuna qədər 27 milyon ton civarında məhsul gözləyirik. Deməli, son 3 il ərzində təxminən 5 milyon ton neft itirmiş oluruq. Təkcə keçən illə müqayisədə 2 milyon ton geriləmə ola bilər. 2024-cü ildə hasilat 29,1 milyon ton olmuşdu.

Təəssüf, böyük bir era sona doğru sürətlə irəliləyir. İqtisadiyyat bu dövrdən yetərincə nəsibini ala bilmədi. Ən azı qeyri-neft sektoru ixrac planında ayağa qalxa bilmədi. Ölkə iqtisadiyyatı üçün gələcəkdə heç asan olmayacaq.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri