Icma.az
close
up
RU
Neft hasilatı bu il daha 2 milyon ton aşağı düşür

Neft hasilatı bu il daha 2 milyon ton aşağı düşür

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər neft hasilatı ilə bağlı göstəricilər yalnız məyusluq doğurur. Çünki ard-arda azalma qeydə alınır. Belə görünür ki, yaxın illərdə ciddi neft ölkəsi statusundan uzaqlaşacağıq.

Bizimyol.info xəbər verir ki, 2025-ci ilin ilk yarısında kondensatla birlikdə cəmi 13,7 milyon ton neft hasil etmişik. Keçən ilin yanvar-iyun ayları üzrə göstəricidən təxminən 700 min ton az məhsul əldə olunub. Proqnozlar azalmanın il ərzində davam edəcəyini, 2025-ci ildə hasilatın son hesabat dövrü ilə müqayisədə daha 2 milyon ton aşağı düşəcəyini bildirir.

Neft ən çox “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunub (8 milyon ton). SOCAR-ın payına 3,5 milyon ton düşüb. Sonrakı mövqedə “Şahdəniz” (1,9 milyon ton) və “Abşeron” (0,3 milyon ton) qərarlaşıb.

Əvvəlki illərlə müqayisə yaxşı mənzərə ortaya qoymur. 2010-cu ildə Azərbaycan 50,8 milyon ton neft hasil edirdi. Sonrakı üç il ərzində də vəziyyət çox pisləşməmişdi (44,6 milyon ton). Pandemiyadan sonra azalma sürəti artdı. 2022-ci ili 32,7 milyon ton neftlə başa vurmuşduq. Bu ilin sonuna qədər 27 milyon ton civarında məhsul gözləyirik. Deməli, son 3 il ərzində təxminən 5 milyon ton neft itirmiş oluruq. Təkcə keçən illə müqayisədə 2 milyon ton geriləmə ola bilər. 2024-cü ildə hasilat 29,1 milyon ton olmuşdu.

Təəssüf, böyük bir era sona doğru sürətlə irəliləyir. İqtisadiyyat bu dövrdən yetərincə nəsibini ala bilmədi. Ən azı qeyri-neft sektoru ixrac planında ayağa qalxa bilmədi. Ölkə iqtisadiyyatı üçün gələcəkdə heç asan olmayacaq.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri