“Neft il ərzində 40 dollara da düşə bilər” Mərkəzi Bankın sədri
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Neftin qiyməti 65 dollardan yox, 60 dollar götürülərsə, bu ictimaiyyətdə çaşqınlıq yarada bilər.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, gələn il üçün büdcədə götürülən 65 dollar orta illik qiymətdir: “65 dollar neftin orta illik qiymətidir. Çünki neftin qiyməti 65 ox, 60 dollar götürüləndə bu, ictimaiyyətdə çaşqınlıq yarada bilər. Orta illik qiymət 65-dir. Neft il ərzində 40- dollara da düşə bilər, 80 dollara da qalxa bilər. Bizim üçün əsas vacib olan odur ki, orta illik qiymət 65 dollar olsun. 1996-cı ildən 2024-cü ilə qədər ortalama neft qiyməti 60 dollar olub, ən aşağı qiymət pandemiyada 43,2 dollar olub. Mərkəzi Bankın 2026-cı ilə proqnozlaşdırdığı neft qiyməti 64 dollar, qazın qiyməti 288 dollardır. Bununla belə cari əməliyyat balansının profisiti 3 milyard ABŞ dolları gözlənilir. Digər tərəfdən, bu, bizim daxili qiymətləndirməmizdir. Neft qiyməti büdcədən 10 dollar aşağı olanda bunun dövlət büdcəsinə təsiri 345 milyon manat olacaq. Bu da böyük bir məsələ deyil. Sözsüz ki, biz də istəyərdik ki, büdcədə qiymət 50 dollar olsun. Amma planlaşdırma nöqteyi-nəzərdən sistem düzgün işləməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















