Mərkəzi Bankın gizlətdiyi məlumatı Neft Fondu açıqladı Dollara tələb kəskin artıb
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı ARDNF açıqlayıb.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank bu ilin mart ayının əvvəllərindən etibarən valyuta satışı ilə bağlı məlumatları ictimaiyyətə açıqlamır.
Qeyd edək ki, Mərkəzi Bankın yanvar və fevral aylarında verdiyi rəsmi məlumatlara əsasən, banklara ümumilikdə 863,9 milyon dollar valyuta satılıb. Bu isə o deməkdir ki, mart ayında hərrac vasitəsilə satılan valyutanın məbləği 1 milyard 556,7 milyon dollar təşkil edib.
Nəticə etibarilə, ötən ilin eyni dövrü ilə müqayisədə valyuta satışında 3 dəfədən çox artım müşahidə olunub. Belə ki, 2024-cü ilin mart ayında Mərkəzi Bankın ARDNF ilə birgə keçirdiyi hərraclarda 498,3 milyon dollar satılıb.
“Valyuta hərraclarının nəticələrini gizlətmək zəiflik əlamətidir” – İlqar Məmmədov
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Mərkəzi Bankın valyuta ehtiyatları 11,2 mlrd. dollara yaxınlaşıb
04 Avqust 2025 10:20
Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollara yüksəlib
08 Fevral 2025 10:14
Mərkəzi Bankın valyuta ehtiyatları 650 mln. dollara yaxın azalıb
04 Fevral 2025 11:54
Mərkəzi Bankın ehtiyatları 146,6 milyard dollara enib Qızıl ehtiyatı isə artıb
25 Aprel 2025 16:31
Mərkəzi Bankda növbəti HƏRRAC Dollara tələb KƏSKİN AZALDI
14 Noyabr 2024 13:15
Baxış sayı:76
Bu xəbər 17 Aprel 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















