“Neft qiymətləri qısa müddətdə pik həddə çatacaq” Kris Rayt
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Neft qiymətləri qısa müddətdə pik həddə çatacaq, lakin daha sonra azalma mərhələsinə keçəcək.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Nazirin sözlərinə görə, qiymətlərin düşməsi əsasən Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası ilə bağlı olacaq. O qeyd edib ki, boğazda naviqasiya tam bərpa olunana qədər enerji daşıyıcılarının qiymətləri yüksək səviyyədə qalmağa davam edəcək.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp yüksək neft və benzin qiymətlərinin ölkədə siyasi proseslərə təsir edə biləcəyini etiraf edib. Onun sözlərinə görə, bahalaşma noyabr ayında keçiriləcək aralıq seçkilərə qədər davam edə bilər. Bu açıqlama analitiklərin enerji bazarının sabitləşməsi üçün ən azı 4–5 ay vaxt tələb olunduğu barədə proqnozları ilə üst-üstə düşür.
Nazir həmçinin Venesueladakı enerji sektoruna toxunaraq bildirib ki, bu ölkədə neft hasilatı artıq 25% artıb. ABŞ-nin “Chevron” şirkəti burada ağır neft hasilatının genişləndirilməsi və aktivlərin mübadiləsini nəzərdə tutan yeni müqavilələr imzalayıb. Venesuela bazarında hasilatın artırılması uzunmüddətli perspektivdə qlobal enerji qiymətlərinin sabitləşməsinə töhfə verə bilər.
Bu mövzuda digər xəbərlər:Kris Rayt: ABŞ Asiya NEZ lərinə neft tədarük etmək niyyətindədir
23 Mart 2026 22:19
Kris Rayt Venesuelaya səfər etdi
11 Fevral 2026 22:30
Kris Rayt: Hörmüz boğazından gündə təxminən 9 milyon barel neft daşınır
12 Avqust 2026 00:05
Kris Rayt: ABŞ İranla nüvə məsələsini...
27 Avqust 2026 00:35
İstilər yaxın günlərdə pik həddə çatacaq
01 İyul 2025 04:20
Baxış sayı:84
Bu xəbər 14 Aprel 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















