Icma.az
close
up
RU
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Birjalarda xam neft qiymətləri sentyabr ayını artımla başa vurmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti aylıq müqayisədə təxminən 14 faiz artıb. Bu, iyul ayından bəri ən güclü aylıq artım tempi olacaq. “Light” markalı neftin qiyməti isə may ayından bəri ilk dəfə 106 dolları keçdikdən sonra sentyabrı təqribən 4 faiz artımla başa vurur. Hazırda Londonun ICE birjasında “Brent”in bir barelinin qiyməti 102 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barelinin qiyməti 89 dollar civarındadır. İki neft növü arasındakı qiymət fərqi isə sentyabrda son 4 ayın ən yüksək səviyyəsinə çatıb.

Analitiklərin fikrincə, Yaxın Şərqdən neft tədarükünün bərpası qiymətlərə aşağı istiqamətli təsir göstərir. ABŞ Prezidenti Donald Trampın son zamanlar Hörmüz boğazından yüksək həcmdə neftin keçdiyini bildirən açıqlamaları qiymətlərə təsir edib və bu, bazarlarda təkliflə bağlı narahatlıqları azaldıb. Lakin Donald Trampın İrana qarşı sanksiyaların yumşaldılması istiqamətində addım atmağa hazır olduğu barədə xəbərləri rədd etməsi və Qətərin sülh danışıqlarını irəlilətməyə çalışması qiymətlərə təsirsiz ötüşmür.

Bundan başqa, ABŞ-nin dizel ixracına məhdudiyyətlərə alternativlərin ortaya çıxacağına dair ümidlər və son 24 saat ərzində İrandan əhəmiyyətli dərəcədə tədarük artımının olmaması qiymətlərin bir qədər aşağı düşməsinə səbəb olub. Buna görə də, enerji bazarında vəziyyət dəyişkən - neft logistikasının bahalı və məhdud olaraq qalır.

Bazar oyunçuları hazırda ABŞ-nin dizel yanacağı ixracını məhdudlaşdırmaq mümkün planlarını dəyərləndirirlər. Belə bir addım ABŞ-nin daxili bazarında tədarük bolluğuna və neft emalı zavodlarının emal etdikləri xam neftin miqdarını azaltmasına səbəb ola bilər.

Bundan başqa, Hörmüz boğazından neft və neft məhsulları axınları bərpa olunur. Səudiyyə Ərəbistanı Şərq-Qərb Boru Kəmərinin əməliyyatlarının yenidən başlamasından sonra Qırmızı dəniz sahilindəki Yanbu limanında neft tankerlərinin yüklənməsini bərpa edib. Yaxın Şərq istehsalçılarından xam neft ixracı sentyabr ayında yenidən artaraq gündəlik 16 milyon 328 min barelə çatıb. Bu, fevralın sonlarında başlayan ABŞ-İran müharibədən bəri müşahidə olunan ən yüksək göstəricidir.

Lakin son 60 günün məlumatları göstərir ki, boğazdan keçən neft miqdarı gündəlik orta hesabla 7,85 milyon barel civarında olub və bu da müharibədən əvvəlki təxminən 20 milyon barel səviyyəsindən xeyli aşağıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri