Icma.az
close
up
RU
Neft şirkəti İsveçrə nəqliyyatçıları ilə strateji əməkdaşlıq yaradır

Neft şirkəti İsveçrə nəqliyyatçıları ilə strateji əməkdaşlıq yaradır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Neft Şirkəti ilə İsveçrənin dünyaca məşhur daşıma şirkəti olan MSC (Mediterranean Shipping Company) arasında strateji əməkdaşlığa dair saziş imzalanıb.

Bakıda keçirilən imzalanma mərasimində tərəflər Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgə investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi hədəf seçiblər. Razılaşmaya əsasən MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq.

Əməkdaşlıq “SOCAR Terminalı”nın TIL-in geniş qlobal şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Yeni avadanlıq və texnoloji sərmayələr nəticəsində terminal mövcud gücünü artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlılıq və infrastruktur inkişafı sahəsində mühüm nailiyyətlər əldə edəcək.

Qeyd edək ki, Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCAR Terminal” 700 metrlik fasiləsiz körpü, 16 metrlik dərinlik, 420 min kvadratmetr liman ərazisi və 30 min kvadratmetr yardımçı sahəsi ilə həm regional, həm də qlobal ticarət üçün strateji əhəmiyyət daşıyır. ULCS sinifli yeni nəsil iri gəmiləri qəbul etmək imkanına malik olan terminal eyni anda bir neçə əsas gəmini sürətli şəkildə idarə edərək gözləmə müddətlərini minimuma endirir.

“Gələcəyin limanı” konsepsiyası ilə fəaliyyət göstərən “SOCAR Terminal” ən yüksək əmək mühafizəsi və təhlükəsizlik standartlarını tətbiq edir, rəqəmsallaşma və texnologiyaya qoyulan sərmayələrlə sənayedə qabaqcıl mövqeyini qoruyur. Bununla yanaşı, karbon izinin azaldılması, bərpaolunan enerji mənbələrinə sərmayə yatırılması və enerji səmərəliliyinin artırılması ilə dayanıqlı biznes modeli qurur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see183

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri