Icma.az
close
up
RU
İsveçrə şirkəti Səngəçal terminalında

İsveçrə şirkəti Səngəçal terminalında

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrənin ABB şirkəti Səngəçal terminalının elektrikləşdirilməsi və enerji sisteminin dayanıqlılığına dəstək üzrə BP-dən müqavilə əldə edib. Şirkət Səngəçal terminalının elektrikləşdirilməsinin dəstəklənməsi və enerji sisteminin sabitliyinin təmin edilməsi layihəsinin həyata keçirilməsini 2027-ci ilin fevralına qədər tamamlamağı planlaşdırır. Bu barədə ABB şirkəti məlumat yayıb.

“Azərbaycanın milli enerji sisteminə qoşulması Səngəçal terminalının elektrikləşdirilməsinə imkan verəcək. Terminalın sahəsi 688 hektardan çoxdur – bu, 800-dən artıq futbol meydançasına bərabərdir. 2024-cü ilin sentyabrında terminalın operatoru ilə imzalanmış 5 illik qlobal çərçivə sazişi çərçivəsində ABB şirkəti terminalın xüsusiyyətlərini nəzərə almaqla hazırlanmış 4 sinxron kompensator tədarük edəcək və onları inteqrasiya edəcək. Bu isə mövcud qaz turbinlərinin istismardan çıxarılmasına imkan verəcək”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, ABB-nin inteqrasiya olunmuş həlli terminal üçün tələb olunan sinxron kompensatorların sayını azaltmağa imkan verəcək ki, bu da layihənin ümumi dəyərini əhəmiyyətli dərəcədə azaldacaq. Şirkətin müqaviləsi ilkin sistem tədqiqatlarından tutmuş ətraflı mühəndis işlərinə, quraşdırma işlərinə qədər bütün işləri əhatə edir. Ümumilikdə isə, ABB-nin elektrikləşdirmə və avtomatlaşdırma sahəsindəki həlləri Səngəçal terminalının sabitliyinin və fasiləsiz işinin təmin edilməsində əsas rol oynayacaq.

Qeyd edək ki, ABB-nin sinxron kompensatorları kompakt ölçüləri ilə seçilir və enerji sistemlərinin və elektrik şəbəkələrinin səmərəli və etibarlı işləməsini təmin edir. Bu qurğular qısaqapanma gücü, inersiya və reaktiv güc təqdim etməklə elektrik şəbəkələrinin dəstəklənməsi üçün nəzərdə tutulub və bərpa olunan enerji mənbələrinin inteqrasiyası zamanı enerji sistemlərinin sabitliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynayır. ABB-nin müqavilə üzrə öhdəliyi ilkin sistem tədqiqatlarından tutmuş ətraflı layihələndirmə, quraşdırma və istismara verməyə qədər bütün mərhələləri əhatə edir. Şirkətin elektrikləşdirmə və avtomatlaşdırma sahəsindəki həlləri Səngəçal terminalının dayanıqlı və fasiləsiz fəaliyyəti üçün əsas rol oynayacaq.

Bu arada, “ABB Energy Industries” bölməsinin prezidenti Per Erik Holsten bildirib ki, ABB mövcud enerji infrastrukturuna avtomatlaşdırma vasitəsilə daha səmərəli və elektrikləşdirmə vasitəsilə daha təmiz işləməyə kömək edir.

Qeyd edək ki, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı gündəlik 1,2 milyon barel neft və təxminən 81 milyon standart kubmetr qaz emal edə bilir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see408

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see371

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see351

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see338

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see330

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see299

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see258

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see252

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see238

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see226

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see193

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see184

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see180

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see178

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see175

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see167

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri