Icma.az
close
up
RU
Neft ucuzlaşması proqnozlaşdırılır, amma... OPEC+ bazarı qara qızıl la dolduracaq

Neft ucuzlaşması proqnozlaşdırılır, amma... OPEC+ bazarı qara qızıl la dolduracaq

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

OPEC+ üzvləri növbəti dəfə neft hasilatının əhəmiyyətli dərəcədə artırılmasını müzakirə edirlər. Əgər müsbət qərar qəbul olunarsa, qrup ardıcıl üçüncü ay əlavə neft barellərini bazara çıxaracaq - bu isə neft qiymətlərinin enəcəyi ilə bağlı gözləntilərə baxmayaraq baş verəcək.

Qaynarinfo bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

İyul ayında hasilat gündə 411 min barel arta bilər. Bu əvvəlcədən planlaşdırılandan üç dəfə çoxdur. Lakin "Bloomberg" mənbələrinin bildirdiyinə görə, bu yalnız mümkün ssenarilərdən biridir və yekun qərar hələ verilməyib.

Jurnalistlər xatırladır ki, OPEC+ may və iyun aylarında da gündə 411 min barel əlavə hasilat qərarı alıb. Bu addım, kartelin hasilat kvotalarına əməl etməyən üzv ölkələrini cəzalandırmaq üçün atılıb.

Qrupun lideri Səudiyyə Ərəbistanı son iclasda kvota pozanları xəbərdar edərək, əgər intizamlı davranmasalar, hasilatın daha da artırılacağını bəyan etmişdi.

OPEC+ tərəfindən bazara çıxarılan əlavə neft həcmləri ABŞ prezidenti Donald Trampın apreldə başladığı ticarət müharibəsi ilə üst-üstə düşüb və bu, neftin qiymətinə ciddi zərbə vuraraq onu son dörd ilin minimum səviyyəsinə – bir barel üçün təxminən 60 dollar – salıb.

Sonradan, ABŞ administrasiyasının gömrük müharibəsinə fasilə verməsi qiymətlərin bir qədər yüksəlməsinə səbəb olub. 22 may səhəri etibarilə Brent markalı neft təxminən 65 dollar səviyyəsində ticarət olunurdu.

Buna baxmayaraq, bir çox analitiklər bazarda "ayı trendi" – yəni qiymətlərin uzunmüddətli və davamlı azalması – olacağını proqnozlaşdırır. Bundan başqa, ötən həftə Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci ilin növbəti aylarında dünya üzrə neftə tələbat artımının zəifləyəcəyini bəyan edib. Bu, əsasən iqtisadi çətinliklərlə bağlıdır.

Neft hasilatı və "qara qızıl"ın qiyməti

Mayın əvvəlində məlum olub ki, OPEC+ iyun ayında gündəlik neft hasilatını 411 min barel artırmağı planlaşdırır. Jurnalistlərin hesablamalarına görə, iyun ayında səkkiz OPEC+ ölkəsi hasilatı bu səviyyədə artırmaqla, üç ay ərzində ümumi artımı gündəlik 960 min barel səviyyəsinə çatdıracaq.

Trampın gömrük müharibəsi, son üç ilin ən böyük aylıq qiymət azalmasına səbəb olub – apreldə Brent və WTI markalı neft 15% ucuzlaşıb. ABŞ prezidenti neftin qiymətini bir barel üçün 40–50 dollar səviyyəsinə salmağa çalışır.

Hazırda gömrük savaşındakı fasilə qiymətlərin qismən bərpasına imkan versə də, bazarda qeyri-müəyyənlik qalır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri