Icma.az
close
up
RU
“OPEC+” neft tədarükünü azaldır

“OPEC+” neft tədarükünü azaldır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“OPEC+” alyansına daxil olan 8 ölkə - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qazaxıstan, Əlcəzair və Oman noyabrın 3-də könüllü olaraq neft hasilatının azaldılması ilə bağlı 2 ay əvvəl verilmiş qərarın müddətinin daha bir ay uzadılması barədə yekdil razılığa gəlib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasını nəzərə alaraq dekabrın sonuna qədər aşağı hasilat dəhlizinin saxlanılacağını bəyan edib. Qərara əsasən, əvvəlki aylarda olduğu kimi alyans üzvləri bazara gündəlik 2,2 milyon barel az həcmində neft tədarük edəcək. Ümumilikdə, gündəlik qlobal neft tədarükünün (104 milyon barel) təxminən 42 faizi OPEC+ ölkələrinin payına düşür ki, xam neftin böyük hissəsi alyansın həmin 8 ölkəsinə məxsusdur.  Səkkizlik ölkələrinin müxtəlif vaxtlarda qiymət riskləri yarandığı zaman tələbatın azaldılması kursunu yeniləməsi qiymətlərə də təsir edir. Məhz bunun nəticəsidir ki, alyansın mövcud qərarından cəmi bir gün sonra dünya birjalarında neftin bahalaşması müşahidə edilib. Belə ki, noyabrın 4-də Londonun “InterContinental Exchange Futures” birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,17 dollar artaraq 74,27 dollara yüksəlib. Nyu-Yorkun “NYMEX” birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 1,21 dollar artaraq 70,7 dollar təşkil edib.

Neft bazarı üçün optimal qiymət 75-80 dollar hesab edilir

“OPEC+” alyansının bu qərarını Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri də anlayışla qarşılayıb. Həmin ölkələri də son bir ayda daim dəyişən qiymət əmsalları narahat etdiyindən azaldıcı nəql siyasət maraqlarına uyğundur. Çünki xam neftə qlobal tələbin azalması ilə bağlı narahatlıqlar fonunda son həftələrdə “qara qızıl”ın qiymətləri aşağıya doğru tendensiya nümayiş etdirməsi təchizatçıların heç birinə sərf etmir.

Qeyd edək ki, son aylarda qlobal bazarlarda xam neftə olan tələb azalmaqda davam edir. Buna müxtəlif ölkələrdə iqtisadi fəallığın azalması, o cümlədən ABŞ və Avropa İttifaqında sənaye və enerji sektorunda işgüzarlığın zəifləməsi, qlobal bazarın ən nəhəng istehlakçısı olan Çində gözləniləndən daha az xam neft tələbinin qeydə alınması, bərpa olunan enerjiyə keçidin sürətlənməsi də digər faktorlar təsir göstərməkdədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə görə, Avropa ölkələrində, o cümlədən əsas iqtisadi güc olan Almaniyada neft tələbi sutkada 100 min barelə yaxın azalıb, ABŞ-da istehsal fəaliyyəti cari ilin ötən aylarında ardıcıl olaraq aşağı düşüb. Bu tendensiyanın 2024-cü ilin son rübündə və cari ilin ilk rübündə də davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun və qlobal enerji agentliklərinin proqnozlarına görə, dünya iqtisadiyyatında yavaşlama tələbin azalmasını təşviq edəcək. Bu isə orta qiymət əmsalının 70 dollar çərçivəsində qalmasına səbəb olacaq. 

Bu meyilləri nəzərə alan “OPEC+” və OPEC üzvləri bazara əlavə neft göndərməyi məqsədəuyğun saymır. Əlavə neft tədarükü bazarda izafi enerji həcmləri yaratmaqla, indiki sabit qiymətlərin ritmini daha da poza bilər. Kartel ölkələrinin enerji analitiklər hesab edirlər ki, bazarda həssas olan tələbin qaldığı bir dövrdə OPEC-in bazara çoxlu neft çıxarmaq ehtimalı bazar əhvalına çox ciddi şəkildə təsir edərdi, əksinə, hasilatı azaltmaqla qlobal bazarı müəyyən qədər “sıxmaq” mümkündür ki, bu da qiymətlərin artmasına gətirib çıxarır. Kartel ölkələri 75-80 dollar qiymət dəhlizini optimist və bazar üçün sərfedici hesab edir.

Azərbaycan alyansın qərarını dəstəkləyir

“OPEC+” alyansının mövcud siyasi xətti Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Bu neft ailəsinin üzvü olan ölkəmiz indiyə qədər hasilat və nəql kvotası ilə bağlı qərarları həmişə dəstəkləyib. 2023-cü və 2024-cü ilin ötən aylarında keçirilən iclasda ölkəmiz “OPEC+” qrupunun razılaşdırılmış “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulub. Həmin bəyannamə “OPEC+” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin sabit saxlanılması və ya azaldılmasını nəzərdə tutur və ölkələrin günlük nəql kvotalarını müəyyənləşdirir. Alyansın qərarına əsasən, Azərbaycanın gündəlik kvotası 550 min barrel həcmində müəyyən edilib. Bu, ölkəmiz üçün orta qiymət şkalasının tənzimlənməsində qənaətbəxş hesab edilə bilər. Ümumiyyətlə, respublikamız istər OPEC-in, istərsə də “OPEC+”un qəbul etdiyi qərarlara hörmətlə yanaşaraq məsuliyyətli təchizatçı kimi kvotanın azaldılması barədə öhdəliklərini tam yerinə yetirib.

“OPEC+” ölkələri dekabrın sonunda növbəti toplantı planlaşdırır ki, bu, alyans ölkələrinin istehsal gücünün qiymətləndirilməsi əsasında 2025-ci il üçün kvotaları müəyyən edəcək. Bu zaman neftin azaldılıb-artırılmayacağı əsasında hasilatın həcmləri nizamlanacaq. Əgər qiymətlərdə kəskin enişlərin başvermə tendensiyası müşahidə olunarsa, risklər nəzərə alınaraq hasilatın azaldılmasına qərar verilə bilər, bazarın qiymət çərçivəsi dayanıqlı qaldığı halda sabit kvota və ya azaldılmaların olması da mümkündür.

“OPEC+” ölkələri ilə “yaşıl enerji” əməkdaşlığı...

Qlobal enerji bazarının nəbzini müəyyən edən təchizatçılardan biri kimi OPEC+ qrupunun siyasətində  nəzərə çarpan mühüm dəyişikliklərdən biri müttəfiqlərini qeyri-neft resurslarına irihəcmli sərmayə qoymağa təşviq edən addımlardır. Belə ki, bu təşkilatın son dövrlərdə “yaşıl enerji” üzrə layihələrdə xüsusi fəallığı daha çox sezilir. Xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanı alternativ enerjiyə - “yaşıl enerji”yə keçiddə daha ambisiyalıdır və təşəbüskarlıq göstərir. BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının isə “ACWA Power” şirkətləri bərpa olunan enerji sektoruna böyük sərmayələr qoymaqla faktiki olaraq yaxın illərdə “yaşıl enerji” tədarükçüsü kimi qlobal bazarın əsas payçılarından birinə çevrilə bilər.

Hər iki ölkə ilə sıx əməkdaşlıq edən Azərbaycan da enerjinin yeni mənbələrinin hasilatı və tədarükündə fəallıq edir. “Masdar” və “ACWA Power” şirkətləri ilə imzalanmış sazişlər ölkəmizin qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin nəqlində də rolunu artıracaq.

ELBRUS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri