Icma.az
close
up
RU
Neft və Sənaye Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib AZƏRTAC

Neft və Sənaye Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Azərbaycanın məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, parçalanmaqdan və xaosdan xilas olduğunu qeyd edən dosent Vazeh Əskərov Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bu müstəqilliyin qorunub saxlanıldığını, müasir Azərbaycan dövlətinin ildən-ilə inkişaf etdiyini və torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov, Neft-mexanika fakültəsinin tələbəsi Sənan Hüseynov çıxış ediblər.

Çıxışlarda dahi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında gördüyü böyük işlərdən danışılıb. Ulu Öndərin əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağı bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri