Qarabağ Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Qarabağ Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Sfera.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev tədbirdə geniş məruzə ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafı və dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
B.Dədəyev vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar müasir Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafının təməlini təşkil edib. Tarixçi qeyd edib ki, Ümummilli Liderin dövlətçilik prinsipləri, milli maraqlara söykənən strateji inkişaf siyasəti və xalqla birliyi Azərbaycanı güclü və müstəqil dövlətə çevirməklə yanaşı, həm də ölkəmizin dünya miqyasında nüfuz qazanmasında mühüm rol oynayıb.
Məruzəçi Heydər Əliyevin təhsil sahəsinin inkişafına xüsusi diqqətini vurğulayaraq bildirib ki, Ulu Öndərin milli birlik ideyası və gənclərə olan qayğısı qüdrətli Azərbaycanın parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayıb.
Qeyd edək ki, dahi şəxsiyyətin zəngin irsinin tələbə gənclər arasında təbliğinə Qarabağ Universitetində xüsusi diqqət göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















