Icma.az
close
up
RU
Neftçalada Ulu Öndərin anadan olmasının 102 illiyi qeyd olundu

Neftçalada Ulu Öndərin anadan olmasının 102 illiyi qeyd olundu

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Neftçala rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyevin dövlət quruculuğu siyasəti” mövzusunda konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Konstitusiya Araşdırmalar Fondunun Prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Öncə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər və Neftçala rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən guşəyə baxış keçiriblər.

Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov öz xalqına arxalanan, dövlətin ali məqsədlərini qanunun aliliyi ilə təmin etməyi hər şeydən üstün tutan Ümummilli Lider Heydər Əliyevin müxtəlif istiqamətlərdəki yorulmaz fəaliyyətindən bəhs etdi, Ulu Öndərin xilaskarlıq missiyasından, ölkəmizdə dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında misilsiz xidmətlərindən söz açdı. RİH-nin başçsı çıxışında müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hazırkı dönəmdə də Heydər Əliyev ideyalarından ilham alaraq inkişafı və daha da güclənməsi, işğaldan azad edilmiş torpaqlarda geniş quruculuq işlərinin aparılması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib..

Sonra konfransda iştirak edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi”, Milli Məclisin deputatı Günay Ağamalı “Heydər Əliyev və gənclər siyasəti”,  Konstitusiya Araşdırmalar Fondunun Prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev “Heydər Əliyev və hüquqi islahatlar”, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Azərbaycanın müstəqil xarici siyasət quruculuğunda Heydər Əliyev strategiyası” mövzusunda konfrans iştirakçıları qarşısında çıxış edib,  Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edərək , bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin parlaq ideyalarının və əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində bundan sonra da yaşayacağını diqqətə çatdırıblar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğuna həsr edilmiş video-çarx nümayiş olunub. Konfransa Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqili konsert proqramı ilə yekun vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 May 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri