Icma.az
close
up
RU
Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb FOTOLAR

Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da dərin hörmət və ehtiram hissi ilə anılıb.

"Unikal" xəbər verir ki, “12 dekabr Ulu öndər Heydər Əliyevin Anım günü” ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Neftçala RİH-nin məsul şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və onların kollektivləri, şəhid valideynləri və müharibə iştirakçıları, eləcə də bir qrup ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin şəhər mərkəzində ucalan əzəmətli abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla anmışdırlar.

Sonra anım mərasimi Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsi ilə davam etdirilib. 

İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Rayon rəhbəri həmçinin çıxışında qeyd etmişdir ki, ərazi bütövlüyümüzün bərpası, Qarabağın düşmən tapdağından azad olunması Ulu Öndərin ideyalarının başlıca qayəsini təşkil edirdi. Mirhəsən Seyidov çıxışı zamanı bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını bildirmiş, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar siyasi qətiyyəti sayəsində Ulu Öndərin Azərbaycan xalqı üçün arzuladığı bütün istəklərinin həyata keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Daha sonra tədbirdə çıxış edən digər natiqlər – qabaqcıl təhsil işçisi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmuş Ruhəngiz Nəcəfova, Rayon Ağsaqqallar Şurasının üzvü, veteran təhsil işçisi Şakir Bəşirov çıxış edərək Ulu öndər Heydər Əliyevin sarsılmaz, polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində Müasir Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğunu diqqətə çatdırmış, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında Ulu öndərin misilsiz xidmətləri barədə söz açmışdırlar.

Sonda iştirakçılar üçün ehsan süfrəsi təşkil olunmuşdur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri