Neftçalanın icra başçısı media tədbirinə niyə qatılmadı FOTO
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Konstitusiya və Suverenlik ili” çərçivəsində Milli Mətbuatın yaranmasının 150 illiyi və Mətbuat işçilərinin peşə bayramı münasibətilə Neftçala rayon İcra Hakimiyyətinin və “Gündoğar” rayon qəzetinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin məsul işçiləri, ”Gündoğar” rayon qəzetinin, uzun müddət jurnalistika sahəsində çalışmış veteran mətbuat işçiləri, ziyalılar, şairlər, yazarlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tribunainfo.az bildirir ki, bu məlumat İH-nin rəsmi saytından götürülüb. Məlumatdan və fotodan da göründüyü kimi, tədbirdə icra başçısı Mirhəsən Seyidov iştirak etməyib. Bunun səbəbi məlum deyil. Lakin medianın 150 illik yubileyində iştirak etməmək hörmətsizlik və laqeydlikdir. İcra başçısının xaricdə, yaxud ölkədə olduğu bəlli deyil, amma digər bölgələrin icra başçıları media tədbirində iştirak ediblər. Ən əsası isə Azərbaycan Prezidenti özü mətbuatı təbrik edib, təltif edib, Şuşada qlobal media forumu keçirib. M. Seyidov isə ortada yoxdur və prezidentdən fərqli olaraq, mətbuatı saymayıb, məsul işçilərlə yola verib.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















