“Neftçi” Çempionlar Liqasında çıxış edən hücumçuya təklif göndərdi SON DƏQİQƏ
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Neftçi"nin transferində maraqlı olduğu yeni oyunçunun kimliyi bilinib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaq şansını saxlayan "ağ-qaralar" Rikardinyonu sıralarına qatmaq iddiasındadır.
Paytaxt təmsilçisi hazırda "Kayrat"ın formasını geyinən braziliyalı hücumçuya dəvət göndərib. Cənubm amerikalı forvarda təklif olunan müqavilənin müddəti 2,5 ildir.
24 yaşlı "sambaçı" Qazaxıstan klubunda icarə əsasında çıxış edir. O, müqavilə ilə "Viktoriya Pilzen"ə məxsusdur.
Rikardinyonu 2024-cü ildə sıralarına qatmış Çexiya klubu onu öncə "Makkabi Hayfa"ya icarəyə verib. 2025-cü ilin yayından bəri isə "Kayrat"ın sərəncamındadır.
Çempionlar Liqasında mübarizə aparan "Kayrat"da 9 oyuna 2 qol vuran forvard "São Paulo"nun yetirməsidir.
Karyerası ərzində yerli "Qremio", "Maritimo", "Atletiko Qoyanyense"nin formasını geyinib. 2023-2024-cü illəri Bolqarıstanda - "Levski"də keçirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Yanvar 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















