Icma.az
close
up
RU
Neftçi çempionluq uğrunda mübarizə apardığını bir daha göstərdi Arif Əsədov

Neftçi çempionluq uğrunda mübarizə apardığını bir daha göstərdi Arif Əsədov

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən Misli Premyer Liqasında 2-ci tura yekun vurulub.

Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb Premyer Liqadakı görüşlər barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Premyer Liqanın 2-ci turunda bəzi oyunlarda gözlənilməz nəticələr oldu. "Qəbələ" "Şəfa" ilə qarşılaşıb. Doğma meydanda debütantla üzləşirdi və 3 xal ev sahibi komandaya hava-su kimi lazım idi. Həm də ötən mövsüm "Qəbələ" liqada iştirak etmişdi və öz yerini möhkəmlətmişdi. Rəqibin aldığı qalibiyyət Kaxaber Tsxadadzenin kollektivini məyus etdi. Bu komandaların əsas hədəfi liqada qalmaq olacaq. Zaur Həşimovun heyətinin qazandığı 3 xal 6 xala bərabərdir. "Zirə" "İmişli" görüşünə gəlincə, meydan sahibləri daha favorit görünürdü. İlk matçda da qalib gəlmişdi. Oyuna da tam diqtə edən Rəşad Sadıqovun kollektivi idi. Sadəcə tez qol vurmaq lazım idi ki, davamı gəlsin. Oyunun gedişatı çətin olsa da, vurulan 2 top inamlı qələbəni göstərir. "İmişli" də güclü mübarizə apardı, lakin görünən odur ki, heyət hələ tam formalaşmayıb. Ehtiyatda olan seçimlərin az olması, məqşçinin vəziyyətini daha da çətinləşdirir. Ev sahibi komanda layiqli 3 xal qazandı. Daha sonra "Turan Tovuz" "Şamaxı"nı qonaq edib. Gözlənilməz nəticə azarkeşlər önündə xal itirilməsi idi. Kurban Berdıyevin komandası oyuna diqtə etsə də, hələ də oturuşmuş oyun fəlsəfəsi görünmür. Standart vəziyyətlərə daha çox fokuslanan "Turan Tovuz" görürük. "Şamaxı" isə istəkli idi. Xal qazanmaq üçün gəlmişdilər. Meydan sahibləri xal itirdi, lakin qarşı tərəf vacib 1 xal əldə etdi. Son görüş "Neftçi" və "Araz-Naxçıvan" arasında oldu. Birincilərin qalib gələcəyi daha çox ehtimal olunurdu. Amma "Neftçi"nin bu hesabla qələbə qazanması ikincilərdə problemlərin olduğunu göstərir. Qonaqlar ilk dəqiqələrdən heç də pis başlamadı. Lakin buraxılan qollardan sonra komanda demək olar ki, oyun sistemi dağıldı və xətlərarası əlaqələrin qaydasında olmadığı göründü. "Neftçi" vəziyyətlərdən yaxşı istifadə etməyi bacardı və çempionluq uğrunda mübarizə apardıını bir daha göstərdi".

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 Avqust 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri