Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Neftçi geridönüş etdi, Abasov yenə hakimləri suçladı

Neftçi geridönüş etdi, Abasov yenə hakimləri suçladı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt - Neftçi (Bakı) 2:2 (1:0)
36. Xəyal Fərzullayev - 5,0
6. Vüqar Mustafayev (k) - 5,0
14. Elvin Bədəlov - 4,5
(75. Nadir Orucov, 46) - 5,0
2. Sərtan Taşkın - 5,0
(21. Nihad Əhmədzadə, 89) - qiymətsiz
17. Murad Xaçayev - 5,0
8. Səbuhi Abdullazadə - 5,5
(12. Georgi Karaişvili, 82) - qiymətsiz
20. Ayxan Süleymanlı - 5,0
19. Roy Kehat - 5,0
5. Alan Dias - 5,0
23. Ronaldo Vaskes - 6,0
(60. Tresor Mossi, 68) - 5,0
9. Bobir Abdixolikov - 6,5
(99. Silvanus Nimeli, 68) - 5,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
94. Rəşad Əzizli
7. Rövlan Muradov
24. Sənan Muradlı
11. Momo Yansane
77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Bobir Abdixolikov
93. Rza Cəfərov (k) - 5,5
10. Filip Ozobiç - 5,5
3. Höccət Haqverdi - 5,5
4. Elvin Camalov - 6,0
47. Murad Məmmədov - 4,5
(91. Ağadadaş Salyanski, 46) - 4,5
14. Edvin Kuç - 5,0
(11. Aleks Fernandes, 71) - 5,0
99. Ervin Koffi - 5,5
44. Yuri Matias - 5,5
24. Mustafa Sek - 5,5
9. Bassala Sambu - 7,0
88. Andrey Ştoqrin - 6,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rüstəm Samiqullin
17. Rəhman Hacıyev
19. Azər Salahlı
7. Azər Əliyev
90. Ramil Şeydayev
78. Elcan Əbilov
22. Dembo Darbo
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bassala Sambu
Qollar: B.Abdixolikov, 22 (1:0). R.Vaskes, 52 (2:0, B.Abdixolikov). B.Sambu, 60 (2:1, A.Ştoqrin). A.Ştoqrin, 87 (2:2, E.Camalov).
Vərəqələr: T.Mossi, 71 (qeyri-idman hərəkəti). M.Sek, 90+3 (qeyri-idman hərəkəti). F.Ozobiç, 90+4 (qeyri-idman hərəkəti). E.Camalov, 90+4 (qeyri-idman hərəkəti). G.Karaişvili, 90+4 (qeyri-idman hərəkəti). V.Mustafayev, 90+4 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Şirməmməd Məmmədov, Teymur Teymurov, Rauf Cabarov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
28 aprel. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 1400 tamaşaçı (9502 yerlik).
Birinci hissədə 2, ikinci hissədə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Demək olar ki, hansısa turnir hədəfi qalmayan komandaların dueli gözləniləndən daha maraqlı keçdi. Düzdü, "sülh" indiki durumda hər biri üçün sərfəli nəticə sayıla bilər. Lakin "Sumqayıt" ölkə kubokunun yarımfinalında ağır oyun keçirən "Neftçi"nin yorğunluğundan və ruh düşkünlüyündən yararlana, xal ehtiyatını artırmaqla mövsümün son oyunlarında meydama daha arxayın çıxmaq şansı əldə edə bilərdi. Amma 2:0 hesabıyla önə keçsə də, fürsəti əldən verdi...

İlk dəqiqələrdən tutarlı hücum qurmağa çalışan "Neftçi" dəfələrlə irəli atılsa da, həlledici zərbəni endirmək yönündə ciddi çətinliklərlə üzləşdi. "Sumqayıt" isə bu baxımdan istəkli görünmürdü. Hadisələrin axarını bir qədər seyr etdikdən sonra məlum oldu ki, komandalar meydana bəsit planla çıxıb: "Sumqayıt" xoşbəxtliyi əks-hücumlarda tapmaq, Sambu Matiasla Koffinin araya-ərsəyə gətirdiyi şansları maksimum dəyərləndirmək öhdəliyini daşıyırdı. İş ondadı ki, "gənclik şəhəri"nin təmsilçisi də "ağ-qaralar"ın məqsədini ilk baxışda anladı və bu futbolçuların meydanda qol-qanad açmasına imkan vermədi. Tədricən təşəbbüsü ələ alan "kimyaçılar" üstünlüyü 21-ci dəqiqədə tabloya da “köçürdü”. Səbuhi bəxtini sınasa da, Rzanın müqavimətiylə üzləşdi. Meydanda qalan top Abdixolikovun önünə düşdü və özbəkistanlı qonaqları mərkəzə dəvət etdi. O başqa məsələ ki, bu epizodla bağlı ofsayd şübhəsi var idi deyə, meydan sahibləri sevinmək üçün 3 dəqiqə gözləməli oldu. Hesabı bərabərləşdirmək üçün irəli atılan "Neftçi" yenə əvvəldə yaşanan problemlərlə üz-üzə qaldı. Hətta indi topa rəqibin cərimə meydançasında yiyələnmək imkansız idi. Çünki bakılılar Koffinin qeyri-dəqiq ötürmələri, Ştoqrinlə Sambunun rəqib müdafiəçilərin təzyiqinə məruz qalması fonunda çox cılız görünürdü. Belədə hesabdakı üstünlüyə arxalanan "Sumqayıt" matçın mərkəzdə davam etməsində maraqlı oldu ki, 1-ci hissənin qalan dəqiqələri tutarlı hücum cəhdiylə müşayiət olunmadı. Nəticədə qonaqlar paltardəyişmə otağına geridə yollandı.
Əslində ikinci hissə "Neftçi" üçün böyük ümid vəd edə bilərdi. Ona görə ki, Sərtan cərimə meydançasına daxil olub topa həlledici zərbə vurmağa hazırlaşan Ştoqrini kobud müdaxiləylə dayandırdı. Lakin epizodu VAR-da incələyən Fərid Hacıyev elə ukraynalının ofsayd vəziyyətində olduğunu görüb penalti təyin etmədi. Oyun bərpa olunandan sonra hücuma keçən "kimyaçılar" isə fərqi artırdı. Daha doğrusu, Ronaldo Abdixolikovun qapıya paralel ötürməsini maksimum dəyərləndirdi. Təbii ki, burda Səbuhinin topu uzaq məsafədən özbəkistanlı komanda yoldaşına dəqiqliklə çatdırdığını qeyd etməliyik. Ardınca "ağ-qaralar"ın fərqi azaltmaq cəhdinə şahidlik etdik. Ağadadaş Sekin ötürməsini qeyri-dəqiq zərbəylə tamamladı. Hər halda, "kimyaçılar" "ağ-qaralar"ın lazım olan qolları vurmasına qarşı çıxa bilmədi. Sumqayıtdan məyus ayrılmaq istəməyən "Neftçi"yə azı iki qol lazım idi ki, meydan sahibləri qonaqların mövsümdə ilk dəfə iki top fərqini qapamasıyla barışdı. 60-cı dəqiqənin ilk saniyələrində irəli atılan paytaxt təmsilçisinin ilk qolunu Sambu vurdu. Almaniyalı Ştoqrinin ardıcıl üçüncü cəhddə Sərtanı keçərək ona çatdırdığı topu başla tora qovuşdurdu. Bununla sanki ayılan "ağ-qaralar" çox keçmədən yenə fərqlənmək imkanı əldə etdi. Bu dəfə Ağadadaş komandasını sevindirə bilərdi ki, dirək "Sumqayıt"ın köməyinə çatdı.
Bir qədər sonra Sambu Ozobiçin ötürməsini başla qola çevirmək fürsətini qeyri-dəqiqlik üzündən boşa verdi. Almaniyalı məqsədinə 78-ci dəqiqədə çatsa da, başla vurduğu qol sayılmadı. Ona görə ki, Fərid Hacıyev komanda yoldaşına ötürmə verən Koffinin oyundankənar vəziyyətdə olduğunu dedi. "Neftçi"nin hesabı bərabərləşdirdiyi epizodu isə 87-ci dəqiqədə izlədik. Burda Ştoqrin Elvinin uzaqdan göndərdiyi topu başla "çərçivə"yə göndərdi. O başqa məsələ ki, həmin anda fərqli seçim sadəlövhlük olardı. Çünki Xəyal mövqeyini vaxtından əvvəl tərk etdiyindən rəqibə ideal fürsət vermişdi. Komandalar qalan dəqiqələrdə tablodakı rəqəmləri dəyişməyə çalışsa da, tarazlıq pozulmadı. Nəticədə meydanı hərəyə bir xalla tərk etməyə məcbur oldular.
Gözdən qaçmadı
* Oyundan əvvəl SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü və “Sumqayıt”ın təşkilati dəstəyi ilə Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olundu. Komandaların oyunçularının iştirakı ilə Daun sindromlu uşaqlar arasında dostluq matçı keçirildi. Futbolçular meydana üzərində “Fərqli deyil, xüsusiyik!” yazısı ilə çıxdı.
* 38-ci dəqiqədə Elvin onu yerə yıxan Diasın üstünə yeriyib kobud ifadələr səsləndirdi. Fərid Hacıyev dərhal futbolçuların yanına gəlib aranı sakitləşdirdi.
* Referi 75-ci dəqiqədə Samir Abasova yaxınlaşaraq etiraza son qoymasını tələb etdi.
* "Forza Neftçi", "UltraSumqayıt" və "Kimyaçılar" fanklubları stadionda idi. Meydan sahiblərinin azarkeşləri oyun ərzində müxtəlif dəstək şüarlarıyla komandalarını qələbəyə səsləsə də, "Neftçi" tərəfdarları "ağzına su aldı". Həmçinin onların sayı əvvəlki matçlar ilə müqayisədə xeyli azalmışdı.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 May 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri