Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Neftçi istədiyini aldı, Abasov VAR a qənim kəsildi

Neftçi istədiyini aldı, Abasov VAR a qənim kəsildi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

1/4 final, cavab oyunu
Neftçi (Bakı) - Kəpəz (Gəncə) 1:0 (1:0)

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov (17. Rəhman Hacıyev, 84), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 99. Ervin Koffi (7. Azər Əliyev, 71), 44. Yuri Matias (47. Murad Məmmədov, 89), 24. Mustafa Sek, 9. Bassala Sambu, 18. Rinosuke Ohori (14. Edvin Kuç, 71), 11. Aleks Fernandes (91. Ağadadaş Salyanski, 71).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 10. Filip Ozobiç, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 22. Dembo Darbo, 20. Alfa Konte.
Baş məşqçi: Samir Abasov.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev (99. Əli Səmədov, 64), 9. Luis Paçu (19. Sadiq Şəfiyev, 75), 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhagyar, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoyev (21. Camal Cəfərov, 64).
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko.
Baş məşqçi: Azər Bağırov.
Qol: B.Sambu, 27.
Vərəqələr: İ.Qırtımov, 30 (qeyri-idman hərəkəti). A.Əliyev, 90 (hakimin qərarına etiraz) - sarı. B.Sambu, 58 (ciddi qayda pozuntusu) - qırmızı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
28 fevral. Bakı. “Neftçi Arena”. 650 tamaşaçı (11000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyun - 2:0.
Qələbəyə daha çox ehtiyac duyan “Kəpəz” ilk təhlükəli vəziyyəti 7-ci dəqiqədə yaratdı.

Gəncəlilər Ardazişvilinin ardıcıl cəhdləri sayəsində fərqlənməyə yaxın idi. Gürcüstanlı əvvəl Höccətin, ardından Rzanın ayıq-sayığlına görə uğursuz oldu. 14-cü dəqiqədə Sambu ələ düşən "yağlı tikə"ni oyundankənar vəziyyətdə olduğuna görə Koffinin öhdəsinə buraxdı. Fransalının qapıçıyla təkbətək mübarizədə uduzması "ağ-qaralar"ı üzdü. Dəqiq desək, Santos mövqeyini vaxtında tərk etməklə "sarı-göylər"i qoldan qorudu. Hesab 27-ci dəqiqədə açıldı. Sambu növbəti dəfə Koffiyə ötürmə versə də, komanda yoldaşı yenə eyni aqibətlə üzləşdi. İş orasındadı ki, bu dəfə Santosun kobud səhvi Gəncə təmsilçisinin hesabda geri düşməsiylə nəticələndi. Qolkiper üstünə gələn topa yiyələnmək əvəzinə meydana qaytardı. Belədə irəli atılan Sambu dəqiq zərbəylə tablodakı rəqəmləri "Neftçi"nin xeyrinə dəyişdi.
Birinci hissənin qalan dəqiqələri komandaların bərabərsəviyyəli performansıyla keçdi. Hər halda, ümumi hesabda 3 qolluq üstünlüyə malik "Neftçi" risk etmək istəmir, premyer-liqada qalmaq uğrunda mübarizədə çətin vəziyyətə düşən "Kəpəz" isə taleyi ilə barışmış kimi görünürdü. Bununla belə, 2-ci hissə cansıxıcı keçmədi. Hətta 51-ci dəqiqədə hücuma keçən "Kəpəz" fərqi azaltmaqla ümid çırağı yandıra bilərdi. Amma Mabatşoyev Buhagyarın cərimə meydançasına göndərdiyi topu sinəsiylə qarşıladıqdan sonra yaxın məsafədən tora qovuşdurmağı bacarmadı.
57-ci dəqiqədə isə gözlənilməz hadisə yaşandı. Sambu Eminin ötürdüyü topu qarşıladıqdan sonra dubl müəllifi olmaq məqsədilə hücuma keçdiyi anda onu dayandırmağa çalışan Elmirin ayağını tapdaladı. Bu üzdən futbolçuya "sarı" göstərən Əhmədov epizodu VAR-da incələdi və qərarını dəyişdi - Sambunu meydandan qovdu!
Meydan sahiblərinin azlıqda qalması qonaqların fərqlənməsi üçün daha əlverişli şərait vəd etsə də, "sarı-göylər" bundan yararlana bilmədi. Dəqiq desək, 67-ci dəqiqədə Rza baxımlı seyvlə yadda qaldı. O, Paçunun uzaqdan göndərdiyi topu barmaqlarının ucuyla uzaqlaşdırdı. Ardından Camal qeyri-dəqiq zərbə ilə yadda qaldı. "Neftçi"nin qeyd olunası hücum cəhdinə isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə şahidlik etdik. Hər halda, həmin epizodlar da hesabın dəyişməsiylə nəticələnmədi. Daha doğrusu, Rəhmanın tora qovuşdurmaq istədiyi top tirin üstündən keçdi.
Beləliklə, "Neftçi" yarımfinala vəsiqə qazandı və “Sabah”a rəqib oldu. Bizi bu iki paytaxt klubu arasında ölüm-qalım savaşı gözləyir. Axı hər biri yalnız kubok yolu ilə avrokuboklara vəsiqə qazana bilər.
Gözdən qaçmadı
// Günorta saatlarından bəri yağan qar ot örtüyündən tam təmizlənməmişdi. Yalnız cərimə meydançaları və meydandakı xətlər təmiz görünürdü. Qar dayanmadığından 70-ci dəqiqədə stadionunun personalı xətləri yenidən təmizləməli oldu.
// "Forza Neftçi" və "Xəmsə" fanklubları stadionda idi. Maraqlıdı ki, "Neftçi" azarkeşləri kəskin hava şəraitinə rəğmən, köynəklərini soyunmuşdular.
// Samir Abasov 58-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Mart 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri