Icma.az
close
up
RU
Neftçi nin dəyişməz sərvəti

Neftçi nin dəyişməz sərvəti

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi"ni digər klublardan fərqləndirən nədir? Yəqin ki, bu suala hərənin özünə görə bir cavabı var. Kimsə tarixi qabardıb ölkənin ən köklü klubu olduğunu söyləyəcək, kimsə Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin adını çəkəcək. Bəziləri dövlət tərəfindən maliyyələşdirildiyini vurğulayacaq. Kimsə də ölkənin sayılıb-seçilən, tanınmış futbolçularının hər birinin nə vaxtsa bu klubla yollarının kəsişdiyini qeyd edəcək.

Heç şübhəsiz ki, bu cavabların hər birində həqiqət payı var. Hər nə qədər son illər "Neftçi" uğursuz çıxış etsə də, bu ölkədə "ağ-qaralar"a bir sevgi, hörmət var. Futbolumuzun ən yaşlı klubu ölkənin hansı bölgəsinə səfər etməyindən asılı olmayaraq, həmin gün həmin şəhərdə, rayonda futbol bayramı yaşanır, qələbəliyin şahidi oluruq. Necə deyərlər, Dövlət bəyin ölüsü də gözəldir...

Deyəsən, bir qədər haşiyə çıxdım. Bizim əsas məqsədimiz "Neftçi"ni digər klublardan fərqləndirən səbəbi tapmaq idi axı. Fikrimcə, bu sual ətrafında çox baş sındırmağa ehtiyac yoxdur. Subyektiv fikrimi deyəcəm ki, bəlkə də "Qarabağ", artıq tarixin yaddaşına köçmüş "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt" və digər klubların azarkeşləri məndən inciyəcək. Ancaq subyektiv fikirimi deyəcəm: Azərbaycan futbolunun 88 yaşlı ağsaqqalını digərlərindən fərqli edən azarkeşləridir. Bəli, azarkeşləri...

Neçə illərdir ki, "Neftçi" uğursuz çıxışı ilə azarkeşlərini üzür, nəticələri ilə fanatlarını məyus edir. Ancaq onların komandaya olan sevgisi bitmir, məhəbbəti tükənmir.

Dünən sosial şəbəkələrdə "Neftçi" fanatlarının klubun məşq bazasına yürüşünü, onların futbolçularla görüşünü izlədim. Necə emosianal və çılğın görünürdülər... Sanki 19 yaşlı gənc sevdiyini qıza ürəyini açırdı, məhhəbbətini izhar edirdi... İzlədim və bir daha şahidi oldum ki, nəsillər, futbolçular, hətta formalar dəyişir. Yeganə dəyişməyən "Neftçi" azarkeşləridir. "Ağsaqqal"a 1937-ci ildə necə hörmətlə yanaşırdılarsa, indi də həmin vəziyyətdir.

"Neftçi"nin formasını geyinən hər kəs, klubda çalışan istəniən şəxs bu sevginin qarşılığını verməlidir, azarkeşi qələbələrlə sevindirməlidir. Azarkeş "Neftçi"nin ən böyük sərvətidir, göz bəbəyidir... Edəcəklərmi? Etməyə borcludurlar!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sport24.az
archiveBu xəbər 11 Avqust 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri