Icma.az
close
up
RU
“Neftçi”nin “qrossmeysterləri”

“Neftçi”nin “qrossmeysterləri”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onlar güclü rəqibləri gözlənilməz gedişlərlə çıxılmaz vəziyyətə salıb, mat edən böyük şahmatçılar olmadılar. Heç qarşılarına belə bir məqsəd də qoymamışdılar. Şahmat onlar üçün yalnız bir əyləncə, istirahət növü idi. Fotodan da gördüyümüz kimi, yaşıl futbol meydanında gərgin məşqlərdən, ağır mübarizədən sonra istirahət vaxtlarında bu qədim və müdrik oyunla məşğul olmuşlar.
Əvəzində, futbolda yaxşı iz qoymuşlar. Neçə-neçə illər ərzində Sovet İttifaqı çempionatlarının güclülər dəstəsində çiyin-çiyinə Azərbaycan futbolunun flaqmanı “Neftçi”nin heyətində oynamaq hüququ qazanmaq hər futbolçunun işi deyildi. Onlar isə respublikanın 1 nömrəli komandasının tarixində özlərinə layiqli yer etməyi bacardılar. Söhbət köhnə azarkeşlərin bu gün də yaxşı xatırladıqları Əli Rəhmanov, Asəf Namazov və Rafiq Quliyevdən gedəcək.
Lakin əvvəlcə bu qeydlərin “meydana” çıxmasına səbəb olan və yazılarımda yaxın köməkçimə çevrilmiş “Neftçi”–70. Unudulmayan keçmiş. 1937–2007” kitabı (müəlliflər Səbuhi Səfiyarlı, Elçin Rüstəmov) haqqında. Hörmətli mütəxəssisimiz Tahir Süleymanovun 2010-cu il oktyabrın 7-də “Neftçi”nin vitse-prezidenti kimi komandanın bazasındakı otağında imzalayıb mənə təqdim etdiyi bu kitab əvəzsiz töhfədir. Son 2 ildə futbol adamlarımız haqqında qələmə aldığım bir çox yazının hazırlanmasında onun rolu danılmazdır. Ona görə də yeri gəldikcə bu vacib məqamı xatırlamağı özümə borc bilirəm. Tahir müəllimə isə 15 il əvvəlki çox dəyərli hədiyyəsinə görə bir daha təşəkkürümü, eyni zamanda, yeni ildə ən xoş arzularımı bildirirəm. Bu gün diqqətinizə çatdırdığımız fotonu məhz həmin kitabdan götürmüşük.
Fotoda soldan birinci Əli Rəhmanovdur. Neçə-neçə görüşdə “Neftçi”ni meydana kapitan kimi çıxarıb. Yarımmüdafiəçi idi. Meydanın mərkəzində hadisələrin gedişinə yaxşı nəzarət edir, soyuqqanlı və dəqiq oyunu ilə komandasının hücum xəttinə də, müdafiəçilərə də yaxından kömək edirdi.
Kapitan sarğısının ona etibar edilməsi təsadüfi deyildi. Qətiyyətli, əzmkar futbolçu kimi komanda yoldaşları arasında böyük hörmət qazanmışdı. Bir sözlə, əsl lider və oyundaşları üçün nümunə idi. 
Mərhum həmkarım, Əməkdar jurnalist Abas Əzimovun 2007-ci ildə nəşr etdirdiyi “Neftçi–70” kitabında qeyd olunmuş statistik göstəricilərə əsasən, Ə.Rəhmanov 1967–70 və 1977–79-cu illərdə “Neftçi”nin heyətində SSRİ çempionatlarının güclülər dəstəsində üst-üstə 131 oyun keçirmiş və 10 qolun müəllifi olmuşdur. 
Şəkildə şahmat taxtası arxasında Ə.Rəhmanovun rəqibi isə Asəf Namazovdur. O, yadımda mərkəz müdafiəçisi kimi qalıb. Arxa xəttin dayağı idi. Meydanda bütün 90 dəqiqə ərzində cəsarətli, fədakar mübarizəsi ilə müdafiəçi yoldaşlarını da fəal oyuna ruhlandırırdı. İndikindən fərqli, o illərdə stadionumuzun tribunalarına toplaşan on minlərlə azarkeş də Asəfin etibarlı oyununa biganə qalmayıb, ona alqışlarını əsirgəmirdi.
Statistikaya müraciət edib, A. Namazovun SSRİ çempionatlarının güclülər dəstəsində keçirdiyi oyunlarla maraqlananda məlum olur ki, 1977–80 və 1982-ci illərdə 102 matçda meydana çıxmış və 1 qol vurmuşdur. 
Şahmatda Rəhmanov–Namazov görüşünün nəticəsinə gəldikdə isə, maraqlıdır, görəsən, kim daha dəqiq oynayıb, yoxsa dostlar heç-heçəyə razılaşıblar. 
Fotoda “qrossmeysterlər”in görüşünü diqqətlə izləyən Rafiq Quliyev də A.Namazov kimi, meydanda arxa xətt oyunçusu funksiyasını yerinə yetirirdi. Sağ kənar müdafiəçisi idi. Rəqiblərlə gərgin mübarizədə qüvvə və bacarığını əsirgəmirdi. Savadlı oyunu ilə özü haqqında yaxşı təsəvvür yaratmışdı. 
Statistikaya görə, R.Quliyev 1968–72 və 1977–79-cu illərdə güclülər dəstəsində 162 oyunda iştirak etmiş və 1 qolun müəllifi olmuşdur. 
Beləliklə, təxminən yarım əsr əvvəl bütün Azərbaycanın sevimlisi “Neftçi”nin heyətində diqqət mərkəzində olmuş daha üç futbolçunu onlara minnətdarlıq hissi ilə xatırladıq. Həyat isə davam edir. Allahın izni və kitabların köməyi ilə keçmişi yenə yada salmağa cəhd göstərərik…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see274

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see270

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see248

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see237

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see231

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see218

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see213

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see169

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see167

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see158

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see155

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri