Neftçi nin müdafiəçisi: Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Neftçi"nin müdafiəçisi Azər Salahlı ölkə kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə(0:2) oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, “Neftçi TV”yə danışan Salahlı Tovuzdakl qələbəni də şərh edib:
"Öz adımdan “Neftçi” ailəsini təbrik edirəm. Tovuz səfəri hər dəfə çətin olur. Bu dəfə də ağır oyun oldu. Ancaq yaxşı oyun göstərə bildik. Yaxşı nəticə qazandıq. Arxayınlaşmaq olmaz. Bu hələ ki, turun birinci hissəsidir, əsas hissəsi cavab oyunundadır. Vaxt var. Bu oyunu unudub növbəti görüşü gözləyəcəyik".
O, zədədən sonrakı durumunu da dəyərləndirib: "Uzunmüddətli zədəm oldu. Amma bərpa müddətini tez keçdim. Get-gedə formamı bərpa etməyə çalışıram. İlk oyunlar çətin alınır, amma daha yaxşı olacağımı hiss edirəm. Qarşıda bizi ağır oyunlar gözləyir. Hər zaman hazır olmalıyıq. 3-4 gündən bir oyunlara çıxacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 06 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















