Icma.az
close
up
RU
Neftçi nin yeni transferi: Hədəfimiz kubokda qalib olmaqdır VİDEO İdman və Biz

Neftçi nin yeni transferi: Hədəfimiz kubokda qalib olmaqdır VİDEO İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Əlbəttə, “Neftçi” kimi tarixi zəngin olan böyük klubda olmaq çox böyük hissdir. Təbii ki, çox həyəcanlıdır. İnşallah, çox ümid edirəm ki, bu həyəcanı yenib komanda üçün faydalı olacağam".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Elvin Camalov klubun televiziyasına müsahibəsində deyib.

29 yaşlı yarımmüdafiəçi komandanın uğurları üçün əlindən gələni edəcəyini bildirib: “Ümid edir və inanıram ki, “Neftçi” daha da yuxarılarda olacaq və bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Hər bir futbolçunun arzusu olduğu kimi, mən də buna nail olduğum üçün sevincliyəm. Burada olmaq böyük bir sevinc olduğu kimi, böyük bir məsuliyyət də tələb edir. Çünki burada azarkeşlərin istəyi, gözləntisi daim yuxarılardır. Mən də buradan azarkeşlərimizə söyləmək istəyirəm ki, dəstəklərini əsirgəməsinlər. İnanıram ki, azarkeşlərimiz də “Neftçi”ni sevdiyi kimi, hər bir futbolçuya qiymət verdiyi kimi, “Neftçi” camiəsinin əsas və sevilən bir futbolçusu olaraq mənə də dəstəklərini davam etdirəcəklər. Çünki “Neftçi” camiədir və burada uğura nail olacağıqsa, birlikdə nail olacağıq".

Camalov əsas hədəflərinin Avropa kuboklarında vəsiqə qazanmaq olduğunu qeyd edib: "Hədəfimiz çempionatda oyundan-oyuna 3 xalı qazanıb, turnir cədvəlində daha yuxarıya qalxmaq və avrokuboklara vəsiqə üçün daha yaxın yol olan kubokda qalib olmaqdır. Ümid edirəm ki, azarkeşləri yaxşı oyunumla sevindirərəm”.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Yanvar 2025 01:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri