Icma.az
close
up
RU
“Neftçi”nin müdafiəçisi: “Yalan deməyəcəm, hədəfimiz kubokdur”

“Neftçi”nin müdafiəçisi: “Yalan deməyəcəm, hədəfimiz kubokdur”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi" mənim üçün böyük klub və böyük komandadır".

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin müdafiəçisi Ervin Koffi klubun televiziyasına müsahibəsində deyib.

O, "Neftçi"yə gəlişindən və komandadakı atmosferdən danışıb: "Azarkeşlərin hər oyunumuzu necə izlədiyini görürsünüz. Buna görə çox məmnunam. "Neftçi"nin dünyada böyük bir klub olduğunu bilirdim, buna görə də, məni transfer etmək istədiklərini öyrənəndə dərhal "bəli" dedim. Bizim çox yaxşı azərbaycanlı futbolçularımız da var. Əvvəllər onların bu qədər yaxşı olduğunu bilmirdim. Üstəlik, təlim-məşq mərkəzi yenilənib və hər şey möhtəşəmdir”.

Fransalı legioner baş məşqçiləri Samir Abasovun işinə də qiymət verib: “Əla baş məşqçimiz var. Bilirəm ki, Samir Abasov bir neçə il əvvəl "Neftçi" ilə çempionluq qazanıb. Komandaya qoşulduğu gündən dərhal öz futbol fəlsəfəsini tətbiq etməyə başladı. Biz topa sahib olmaq və topu saxlamaq üzərində çoxlu məşqlər edirik. O, komandaya qoşulandan sonra daha yaxşı nəticələr əldə etməyə başladıq. Buna görə də, hamımız xoşbəxtik və addım-addım inkişaf edirik. Çünki hər gün onunla məşq edirik. O, futbolla yaşayan bir insandır. Biz qol vuranda onun reaksiyasını görmək çox maraqlıdır".

Misli Premyer Liqasının 22-ci turunda "Neftçi”nin “Zirə” üzərində qazandığı 2:1 hesablı qələbə matçında 90+3-cü dəqiqədə qol vuran futbolçu möhtəşəm hislər yaşadığını bildirib: "Zirə" üzərində səfər qələbəsi qazanmaq və son dəqiqədə qol vurmaq çox fantastik idi. Hər oyunda belə bir qol vura bilsəm, bunu mütləq edərdim. Hamımız birlikdə atılıb-düşürdük. Sonra paltardəyişmə otağına qayıtdıq. Hər şey çox möhtəşəm idi. Motivasiyamız yüksəkdir, yalan deməyəcəm, məqsədimiz Azərbaycan kubokunda finala çıxmaq və qalib olmaqdır. Hədəfimiz kubokdur və bizi qarşıda "Sabah"la iki matç gözləyir. Buna görə də meydanda əlimizdən gələni etməliyik. Çünki bu bizim məqsədimizdir".

Ervin Koffi "Neftçi" azarkeşlərindən də danışıb: "Açığı, bəzən beynimdə deyirəm ki, onlar çılğındırlar. Məsələn, "Kəpəz"lə oynayanda qar yağırdı. Ancaq onların yarısı köynəksiz idi. Onlar əsl azarkeşdirlər. "Neftçi"ni, həmçinin futbolçuları çox sevirlər, biz də onları sevirik. Həm məğlub olanda, həm də qalib gələndə onların bizim üçün hər şeylərini verdiyini görmək məni sevindirir. Azarkeşlərimiz hər zaman bizimlədir və bu məni çox xoşbəxt edir".

Qeyd edək ki, Azərbaycan kubokunda finalçılar aprelin 23-də bəlli olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Mart 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri