Neftçi onu da transfer siyahısına daxil etdi Sumqayıt la təzminat məsələsində anlaşmaq lazımdır
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Bir müddət əvvəl "Neftçi"nin millimizin üzvü Ayxan Hüseynovun transferinə çalışması barədə xəbər vermişdik.
Sportal.az saytının əldə etdiyi məlumata görə, "Neftçi" daha bir yerli futbolçuya maraq göstərir. Bu, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadədir. Lakin Abdullazadənin məsələsi Hüseynovla müqayisədə fərqlidir. "Turan Tovuz"la müqaviləsi başa çatan Ayxanı azad agent statusu ilə transfer etmək mümkündür. Səbuhi Abdullazadənin isə hələ gələn mövsümün sonuna qədər "Sumqayıt"la müqaviləsi var. Buna görə də, ilk növbədə klublar bu keçidi öz aralarında razılaşdırmalıdır.
Qeyd edək ki, "Neftçi" bir müddət əvvəl "Şamaxı"dan ayrılan Rüfət Abbasovun transferini açıqlayıb.
saytlarin hazirlanmasi
Baxış sayı:109
Bu xəbər 01 İyun 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















