Icma.az
close
up
RU
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” Mahmud Qurbanov

“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” Mahmud Qurbanov

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Çempionlar Liqasında KuPS-un qonağı olan "Sabah" 2:0 hesablı qələbə sayəsində 3-cü təsnifat mərhələsinə yüksəldi. Sabah isə “Qarabağ” Avropa, “Zirə” və “Neftçi” isə Konfrans Liqasıyla vidalaşmamaq uğrunda mübarizə aparacaq. Təbii ki, hazırda ən böyük arzumuz avrokubokların liqa mərhələsində azı iki komanda ilə təmsil olunmaqdı. Düzdü, klublarımız bunun üçün hələ bu mərhələdən üzüağ çıxmalıdı. Ancaq xəyal qurmaq üçün də meydanda döyüşməyə gərək yoxdu ki...

Bəs, reallıq nədən ibarətdi? Təmsilçilərimiz bu həftə bizə dördqat sevinc yaşada bilərmi? İlk oyunlardan çıxarılan nəticələr və ümumi şanslar bizi nə dərəcədə ümidləndirə bilər?
Bu suallarla Mahmud Qurbanova müraciət etdik. Təcrübəli mütəxəssis "Football-plus.az"a açıqlamasında yetərincə nikbin danışdı. Sizi onun fikirləriylə tanış edirik ki, ürəyimizə az da olsa, su səpilsin:

“Qarabağ” yenilənib. Evdəki qarşılaşmada hiss olundu ki, kollektiv ideal formasından hələ çox uzaqdadı. Üstəlik Bolqarıstanda çempionat davam edir. Bunun nəticəsidi ki, ÇSKA fiziki baxımdan Ağdam təmsilçisindən yaxşıdı. Yenə də “Qarabağ”ın Sofiyadan qələbə ilə qayıdacağına inanıram. “Neftçi”nin vəziyyəti isə təəssüf ki, qalanlarıyla müqayisədə çox çətindi. 8 dəqiqədə iki qol vurub, sonra 4 qol buraxasan... Komanda psixoloji durumunu toparlamalı, matçı yaxşı təhlil etməlidi. Bəli, “ağ-qaralar” səfərdə oynayacaq, amma “Dinamo-Minsk” üçün də vəziyyət eynidi. Həmçinin Belarus təmsilçisi ideal deyil. İlk matçda gördük ki, yalnız hücumçuları və yarımmüdafiəçiləri yaxşıdı, müdafiə xətti isə çox ləng hərəkət edir. Qapıçı da mükəmməl deyildi. Məncə, “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər. Amma hazırlıq prosesindən də çox şey asılıdı. Düşünmürəm ki, bakılıların şansı azdı. “Zirə”nin taleyi isə öz əlindədi. Kollektiv səfərdə heç-heçə etmək istəyirdi. Bu plan baş tutmadı. Ev oyununda arxayınlaşmaq olmaz. “Payde”nin hücum potensialı yüksək səviyyədə olmasa da, qol vurmağı bacarırlar. “Zirə” oyun baxımından rəqibini üstələsə, lazımi nəticəni qazanacaq. Sonda onu da deyim ki, klublarımıza inanıram. Amma üç komanda növbəti mərhələyə vəsiqə qazansa, yaxşı nəticə olacaq”.


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 İyul 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri