Neftçi Qarabağ a qarşı oynan rumıni transfer etməyi planlaşdırır FKSB nin forvardı ilə danışıqlar gedir
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Transfer çalışmalarını davam etdirən “Neftçi” FKSB-nin futbolçusu ilə maraqlanır.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” həftəiçi Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB görüşü üçün Bakıya gəlmiş və həmin görüşə sonradan meydana daxil olmuş Daniel Popanı transfer etmək istəyir.
Artıq tərəflər arasında danışıqlara start verilib. “Neftçi” əsas mərkəz hücumçusu kimi məhz Popaya etimad göstərmək istəyir.
Əgər maliyyə şərtlərində razılıq əldə olunarsa, Popa “transfer pəncərəsi”nin sonuna qədər “Neftçi”yə keçəcək və karyerasına Bakı klubunda davam edəcək. 29 yaşlı hücumçu karyerası ərzində “Kindiya”, “Dinamo”(Buxarest), “Botoşani”, “Tedjon Xana”(Cənubi Koreya), “Universitatya Kluj” komandalarında oynayıb.
saytlarin hazirlanmasi
Baxış sayı:121
Bu xəbər 25 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















