Icma.az
close
up
RU
Neftçi , Qarabağ və Axundzadə...

Neftçi , Qarabağ və Axundzadə...

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir çox məsələlər kimi futbol da bizdə yarımçıq formalarda var olmağa çalışır. Məsələn, ədəbiyyatımız taleyimizdə, varlığımızda müstəsna rol oynasa da, bəzən xeyrindən daha çox zərəri ön plana çıxmış olur. Hərçənd, ədəbiyyatdan "xeyir" gözləmək də müstəsna, mübahisəli məsələdir.

Lakin futbol birbaşa biznesdir: iqtisadiyyat, infrastruktur, turizm, ümumdaxili məhsul, eksport, idmanın və əyləncənin sağlam həyat tərzinə apara biləcək ən uyğun yoludur. Hər yanda olduğu kimi, ölkəmizi də cənginə ala bilib. Xaricdən gözləntilər, xaricə oxşatmalar, ədəbiyyatımızda olduğu kimi, bəzən də xairclə ifrat müqayisələr - bir sözlə, "Biləcəridən o yana" sindromu futbolumuzun da ümumi ab-havasında dolaşmaqdadır. Ədəbiyyatımız kimi, burada da əsasən iki "mentalitet" hökm sürür: rus və Qərb yanaşması. Başqa nə varsa, bu iki faktorun ətrafındadır.

Uşaq vaxtı "Neftçi"nin oyunlarını izləmək üçün nələrə qatlaşdığımı əvvəlki yazılarımın birində yazmışdım. Əmək nizam-imtizamımın formalaşmasında "Neftçi"nin rolu müstəsnadır. Yeri gələndə, heç o yaşlarımda oxuduğum ədəbiyyat mənə o qədər təsir etmirdi, nəinki 12 yaşlı bir oğlanın "Neftçi"nin oyununa baxmaq üçün göstərdiyi əzmkarlıq. Çünki "mavi ekran"ın qarşısında oturub futbola baxmaq üçün anamın bütün tapşırıqlarını yerinə yetirməli, yarımçıq iş saxlamamalıydım...

Xüsusilə, "Kayrat"la oyunlar o vaxtlar çox gərgin keçirdi. Budur, gələn ay "Kayrat" "Real Madrid"lə oynayacaq, mənim sevimli "Neftçi"m isə "Qarabağ"ı Çempionlar Liqasının əsas mərhələsinə keçməsi münasibətilə təbrik etməyə özündə güc tapa bilmir. Heç bilmirəm, bunu özümə necə sığışdırım? Axı mən hələ də o "Neftçi"nin təsir dairəsindəyəm. Onun adı, "dəyərləri" Nəsimi kimi "simvolika radarlarım"da ilişib qalıb...

Nəsiminin sümüklərinin Azərbaycana gətirilməsi təşəbbüsü də bir başqa məsələdir. Hələ də bu fikirlə razılaşa bilmirəm. Şairi dinc buraxmaq, "qalan ruhunu" yaşatmaq daha çox ağlıma yatır...

Yenə o fikrimə qayıdıram ki, futbolumuzla ədəbiyyatımızın çıxış sərhədləri təxmınən eynidir. Məsələn, "Neftçi" 1936-cı ilin mayında yaradılıbsa, Azərbaycan ədəbiyyatı 1937-ci ildə "ölüb-dirilib". Lakin "Neftçi" kimi ədəbiyyatımız da bu gen dünyada özünə yer tapa bilmir. Düzdür, "Neftçi" o vaxtdan SSRİ sərhədlərində ad çıxarmışdı və hələ də o sərhədlərdə xatırlanır. Lakin ədəbiyyatımız da elədir. "Neftçi"dən fərqli olaraq müstəsnalığını və soyqırıma məruz qaldığını bilirik, lakin "yeni dövr" ədəbiyyatımız da elə o vaxtlardan təşkilatlanaraq atlara minmiş, bu günümüzə gəlib çıxmışdır. Fəqət, uzağa getməyək, özümüzə baxaq, heç biri rus-sovet haləsindən çıxa bilməmişdir...

İndi isə, ədəbiyyatımızdan fərqli olaraq futbolumuz pis-yaxşı dünyaya səs salmağa çalışır. "Qarabağ" futbol klubu Çempionlar Liqasının "pley-off"mərhələsini keçərək, dünyanın 36 ən yaxşı komandası sırasına adını yazdırıb. Həmçinin "Qarabağ"ın çoxsaylı əcnəbiləri arasında bu uğurda adı çəkilən, "Xəzər-Lənkəran" futbol klubunun yetişdirmsi Nəriman Axundzadənin də adı var.

Daha çox futboldan xəbəri olmayan oxucularıma deyirəm: eynən, Mirzə Fətəli Axundzadə kimi (bilirəm, müqayisə elə də uğurlu deyil), dil qəhrəmanlarımız bu biçarə tifili - Nəriman Axundzadəni elə gözümçıxdıya salıblar ki, 21 yaşlı gənc imkan tapan kimi ölkədən qaçıb getməyə amadədir. Halbuki, yaşına görə ümidverici işarələri var...

Hərdən mənə elə gəlir ki, mənim sevimli "Neftçi"m haralardasa, Bibiheybətdə, köhnə neft quyularından birində batıb. Lakin mən ona "Əlvida, "Neftçi" deyə bilmirəm. Çünki pis-yaxşı tariximizin bir parçasıdır. Amma bu tarixi futbol klubunun "Qarabağ"ı təbrik etməyə gücü çatmaması həm də tariximizin ironiyasıdır.

"Qarabağ" isə Qurban Qurbanovun romanıdır. O da az qala mənim kimi, neçə ildir, öz "İmarət Tayfa"sı ilə uğraşa-uğraşa bəlkə də yeni bir "Tayfa dərsi" yazır.

Amma ondan fərqli olaraq, mən Biləcəridən o yana keçə bilməmişəm. Ədəbiyyatda heç buna ehtiyac da yoxdur. Axı futbol futboldur, ədəbiyyat isə sərhəd tanımır, müstəsnadır...

Məqsəd Nur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Avqust 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri