Icma.az
close
up
RU
“Neftçi” “Səbail”i xalsız, Cavid Hüseynovu işsiz qoydu

“Neftçi” “Səbail”i xalsız, Cavid Hüseynovu işsiz qoydu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səbail – Neftçi (Bakı) 1:2 (1:2)
12. Əlirza Müştəbazadə - 5,0
3. Dmitri Litvin – 4,5
20. Mərt Çəlik – 5,0
4. Marko Nikoliç – 4,5
96. İlkin Muradov – 4,5
(83. Nihad Quliyev, 70) – qiymətsiz
77. Fərid Nəbiyev – 4,5
(97. Oruc Məmmədov, 80) – qiymətsiz
18. Süleyman Əhmədov – 4,5
(16. Emin Rüstəmov, 80) – qiymətsiz
10. David Qomis – 4,5
(7. Madi Queta, 57) – 4,5
5. Gitay Sofir – 4,5
22. Mirabdulla Abbasov – 4,5
(99. İnnosent Nşuti, 57) – 4,5
11. Rüfət Abdullazadə (k) – 5,5
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
25. Nicat Məmmədzadə
74. Yusif Nəbiyev
19. Samir Abdullayev
88. Hacıəli Şirəliyev
44. Amir Bilali
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Rüfət Abdullazadə
93. Rza Cəfərov (k) – 6,0
19. Azər Salahlı – 5,5
44. Yuri Matias – 5,0
99. Ervin Koffi – 5,5
24. Mustafa Sek – 5,0
4. Elvin Camalov – 5,5
14. Edvin Kuç – 5,0
18. Rinosuke Ohori – 5,0
(20. Alfa Konte, 85) – qiymətsiz
11. Aleks Fernandes – 4,5
(13. Emil Səfərov, 46) – 4,5
10. Filip Ozobiç – 5,5
(47. Murad Məmmədov, 57) – 5,0
91. Ağadadaş Salyanski – 5,5
(9. Bassala Sambu, 72) – 4,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
17. Rəhman Hacıyev
90. Ramil Şeydayev
6. Rafael Quzzo
22. Dembo Darbo
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Rza Cəfərov
Qollar: F.Ozobiç, 17 (0:1, A.Salyanski). E.Camalov, 29 (0:2, E.Koffi). R.Abdullazadə, 44 (1:2, F.Nəbiyev).
Vərəqələr: R.Abdullazadə, 38 (qeyri-idman hərəkəti). İ.Muradov, 68 (qeyri-idman hərəkəti) – hamısı sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Kamran Bayramov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
16 mart. Bakı. “ASCO Arena”. 600 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Ötən tur doğma meydanda “Araz Naxçıvan”la heç-heçə edərək azarkeşlərini üzən “Neftçi” onların könlünü almaq üçün əla fürsət qazanmışdı. Çünki “ağ-qaralar”ın rəqibi turnir cədvəlinin sonuncusu “Səbail” idi. Cavid Hüseynovun gəlişindən sonra da böhrandan çıxa bilməyən “dənizçilər”in rəqibləri üçün asan xal mənbəyi olduğu heç kimə sirr deyil.

Belədə “Neftçi” də aşkar autsayder sayılan rəqibi məğlub etməklə azarkeşlərini qələbəylə sevindirə bilərdi. Oyunun ssenarisi də bunu sübut etdi ki, Samir Abasov yetirmələrinə erkən qol vurmağı tapşırmışdı. Bəlli məsələdi ki, qoldan sonra oyuna nəzarəti əldə saxlamaq xeyli asan olur. “Neftçi” istəyinə çatdı və ilk 30 dəqiqədə iki top fərqi ilə önə keçdi. Amma fasiləyə qədər hesab arasındakı fərqi azaldan meydan sahibləri intiriqanı ölməyə qoymadı. Bu yerdə onu da vurğulayaq ki, “Səbail”in qolu “Neftçi”ni xeyli təlaşlandırdı və qonaq komanda Elçin Məsiyevin final fitinə qədər bu həyəcanın təsirində oldu.
Artıq 6-cı dəqiqədə “Neftçi” hesabı aça bilərdi. Ozobiçin cərimə zərbəsindən “çərçivə”yə ünvanladığı top “hədəf”dən yan keçdi. Çox keçmədən Azər Salahlı qol vurmağa yaxın oldu. Koffinin cərimə meydançasına asmasına müdafiəçi əla yüksəlsə də, onun də zərbəsində dəqiqlik çatmadı. Bütün bunlar “dənizçilər” üçün həyəcan siqanlı idi. Sanki qol “gəlirəm” deyirdi. Meydan sahibləri çarəsiz görünür, onu qapısına tərəf sıxışdıran qonaqlara qarşı nəsə edə bilmirdi. 16-cı dəqiqədə Kuç “Səbail”in cərimə meydançasına sürətlə daxil olsa, da dörd müdafiəçinin əhatəsinə düşüb, yerə yıxıldı. Həmin epizodda qayda pozuntusu olmadığından Elçin Məsiyev də oyunu davam etdirdi.
Gözlənilən qol isə 17-ci dəqiqədə “Səbail”in qapısına vuruldu. İlkin Muradovun ayağı büdrəyincə top Ağadadaşa qismət oldu. Onun yüngül toxunuşu isə Ozobiç üçün məhsuldar ötürməyə çevrildi. Təcrübəli xorvat qapının küncünü dəqiq nişan aldı. Bu qol “Neftçi”nin ssenarisinə tam uyğun idi, ona görə də qonaqlar qoldan sonra bir qədər də rahat və inamlı oynamağa başladılar. Bəlkə də elə bu rahatlığa görə idi ki, meydan sahibləri 21-ci dəqiqədə hesabı bərabərləşdirmək fürsəti qazandılar. Həmin epizodda Qomisin zərbəsini Rza Cəfərov uzaqlaşdıra bildi. Bu qurtarışdan dərhal sonra Rza daha bir dəfə məharətini göstərdi. Künc zərbəsindən sonra “çərçivə”yə ünvanlanan topun tora qovuşmasına qapıçı imkan vermədi.
“Səbail”in “ikiatımlıq barıtı” bitəndən sonra “Neftçi” özünə gəldi və yenidən rəqib qapısına doğru həmlələr etməyə başladı. Elə bu həmlələrdən biri də Əlirza Müştəbazadənin qoruduğu qapıya qol vurulması ilə nəticələndi. Həmin qolu Elvin Camalov vursa da, Koffi böyük pay sahibi oldu. 29-cu dəqiqədə sol cinahdan cərimə meydançasına daxil olan Koffi Elvinə əla ötürmə verdi. Öz növbəsində də Elvin “çərçivə”yə qarşısıalınmaz zərbə vurdu. Bu qoldan sonra “Neftçi”nin üstünlüyü tabloda artıq iki rəqəmi ilə ifadə olundu. Düşünmək olardı ki, “dənizçilər” “ağ bayraq qaldıracaq” və qonaqlar onların meydanından asanlıqla 3 xal aparacaqlar. Amma oyunun sonrakı ssenarisi bu düşüncənin əksinə oldu.
Fasiləyə qədər hesab arasındakı fərq minimuma endi. 44-cü dəqiqədə Fərid Nəbiyevin ötürməsini qəbul edən Rüfət Abdullazadə “Neftçi”nin qapısına doğru əla zərbə endirdi. Top Rza Cəfərovun üçün əlçatmaz trayektoriya cizib, tora qovuşdu. 48-ci dəqiqədə Rüfət “Neftçi”yə daha bir problem yaşatdı. Gənc futbolçu cərimə meydançasına daxil olar-olmaz Sek onun ayağına zərbə vurdu. Bu zərbənin təsiri ilə Abdullazadə yerdə qalınca Elçin Məsiyev tərəddüd etmədən “nöqtə”ni göstərdi. “Səbail” penaltini yerinə yetirməyə hazırlaşarkən VAR-dan gələn xəbər hər şeyi alt-üst etdi. VAR-ın müdaxiləsindən sonra məlum oldu ki, Rüfət cərimə meydançasına daxil olmazdan əvvəl topu qəbul edərkən oyundankənar vəziyyətdəymiş. Bundan 5 dəqiqə sonra Müştəbazadə Ozobiçin dubl etməsinə imkan vermədi. “Neftçi”nin xilaskarı isə Rza Cəfərov oldu. Gənc qapıçı son saniyələrdə komandasını real qoldan xilas etməklə qələbənin əldən çıxmasına imkan vermədi. Oyuna əlavə olunan 5-ci dəqiqənin son saniyələrində “Səbail” küncdən zərbə vurmaq hüququ qazandı.
Meydan sahiblərinin məğlubiyyətdən xilas olmaq arzusu elə güclü idi ki, qapıçı Əlirza da mövqeyini tərk edib, “Neftçi”nin cərimə meydançasına gəlmişdi. Künc bayrağının yanından havalandırılan topu Oruc Məmmədov başılya “çərçivə”yə yönəltsə də, Rza topu tirin altından çıxarmaqla qolu əngəllədi. Bu isə “Səbail”in 1 xal qazanmaq ümidlərinin dəfn olunması demək idi. Elçin Məsiyevin final fiti “Neftçi”nin növbəti qələbəsini bayram etməsini, “Səbail”in isə məğlibiyyətini rəsmiləşdirdi. Çox keçmədən məlum olacaqdı ki, bu, Cavid Hüseynov üçün “Səbail”in baş məşqçisi kimi sonuncu oyunu imiş...
AMAL

Gözdən qaçmadı
* Oyun “Neftçi”nin 88 yaşını tamamladığı günlərə təsadüf etdi.
* Son dəqiqələrdə cərimə meydançasının xətti üzərindən “Neftçi”nin qapısına cərimə zərbəsi təyin olunanda Samir Abasov bütün qəzəbini 4-cü hakim Elvin Bayramovun üzərinə tökdü: “Allah sizi biabır etməsin, bu nə oyundu çıxarırsız?”
* Abasov 73-cü dəqiqədə əlindəki su butulkasını meydana atdı. “Neftçi”ni tərcüməçisi Vüqar Əliyev dərhal meydana atılıb butulkanı ordan götürdü.
* 2-ci hissəyə 5 dəqiqə əlavə olunanda Cavid Hüseynov özündən çıxdı. Elçin Məsiyev onu sarı vərəqə ilə sakitləşdirdi.
* Son dəqiqələrdə Murad Məmmədovun davranışından kəskin narazı qalan Abasov futbolçunun onun dediklərinə əməl etmədini görüb, köməkçilərinə tərəf döndü, “ə, bunun adı Murad deyil”, - deyə təəccübləndi.
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Mart 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri