“Səbail” Cavid Hüseynovu nə vaxt təqdim edəcək? rəhbərlik açıqladı
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə çempionatının 13-cü turunun maraqla gözlənilən “Səbail” - “Turan Tovuz” qarşılaşması (1:1) geridə aldı. Artıq “dənizçilər” yeni baş məşqçinin kimliyini açıqlamalıdı. Axı “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi kimi çalışan Cavid Hüseynovla danışıq aparan “Səbail”in məhz bu rəqiblə qarşılaşmadan sonra təyinatı açıqlayacağı deyilmişdi. “Səbail” rəhbərliyinin gözləməyə elə də çox vaxtı yoxdu.
Bəs klub Cavid Hüseynovun təyinatını nə vaxt ictimaiyyətə açıqlayacaq?
“Səbail”in Müşahidə Şurasının üzvü Firuz Abdulla “Football-plus.az”ın sualına belə cavab verdi:
“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Hələ ki rəsmi təyinat olmadığı və müqavilə imzalanmadığı üçün hansısa mütəxəssisin adını çəkmək etik olmazdı”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 10 Noyabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















