“Neftçi” Türkiyə yığmasının futbolçularını istəyir
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək qadınlardan ibarət “Neftçi” klubu Türkiyə millisinin üzvləri ilə müqavilə bağlamaq istəyir.
İdman.biz xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin baş məşqçisi Siyasət Əsgərov məlumat verib.
O, dəvət olunan futbolçuların adlarının yaxın günlərdə açıqlanacağını bildirib: “Adlarını hələ açıqlamaq istəmədiyim bəzi oyunçuları heyətə cəlb etmişik. Bəziləri ilə isə danışıqların son mərhələsindəyik. Yaxın günlərdə yeni transferlərlə bağlı açıqlama veriləcək. Türkiyədə çıxış edən futbolçuları dəvət etmişik. Müqavilə bağlamaq istədiyimiz oyunçular arasında Türkiyə yığmasının üzvləri də var”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" yarımfinalda Türkiyənin "Fomget" klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə adlayacaq.
Qarşılaşmalar Albaniyanın paytaxtı Tiranada baş tutacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















