Icma.az
close
up
RU
“Neftçi” veteran futbolçularını təbrik etdi

“Neftçi” veteran futbolçularını təbrik etdi

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Neftçi”nin veteran futbolçuları Tərlan Əhmədov və Kamal Quliyev klubun Futbol Mərkəzində qonaq olublar.

Apasport.az xəbər verir ki, veteranlar “Palms Sports” Futbol Mərkəzində klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşüblər.

Görüş zamanı 55 yaşını qeyd edən Tərlan Əhmədova və 50 illik yubileyi tamam olan Kamal Quliyevə xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991 və 1998-2002-ci illərdə “Neftçi”nin formasını geyinib. O, Bakı klubunda 121 oyun keçirib, 6 qol vurub. Müdafiəçi 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub və ilin futbolçusu seçilib. Əhmədov milli komandanın heyətində 75 matçda meydana çıxıb.

Kamal Quliyev isə 1997-2002-ci illərdə “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”ın heyətində 142 oyunda 24 qol vurub. Quliyev də 1999-cu ildə Azərbaycan Kubokunu qazanıb. Futbolçu Azərbaycan millisində 47 oyun keçirib.

Hər iki veteran 2011-2014-cü illərdə baş məşqçi Böyükağa Hacıyevin köməkçiləri olub. Həmin dövrdə “Neftçi” ardıcıl iki dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb və tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edib.

Tərlan Əhmədov 2017/18 mövsümündə “Neftçi”nin baş məşqçisi kimi çalışıb və komandaya Azərbaycan çempionatının bürünc medallarını qazandırıb.

“İmarət” 17 yaşını “Qarabağ”la birgə QEYD ETDİ - VİDEO II Liqa: XI tura start verilib Yığmamız Şimali İrlandiyaya məğlub oldu Əliyar Ağayev UEFA-dan təyinat alıb Millimiz Omana qalib gəlib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri