“Neftçi”də 14 il sonra ayrılıq
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Əslində, “Neftçi”dən gedişim haqqında nəsə yazmaq fikrim yox idi. Sadəcə, içimdə belə bir hiss yarandı: “Neftçi”yə təşəkkür borcun var. “Neftçi”m, xəyallarımı həyata keçirdiyin və məni möcüzələrə şahid etdiyin üçün SƏNƏ TƏŞƏKKÜR EDİRƏM (bu arada, “Neftçi”dən getməyimdə “əməyi olan”lara da təşəkkür ?)!”
Bu sitat 14 il “Neftçi”də çalışmış Erkin Qiyasinin sosial şəbəkədə paylaşımından götürülüb.
Klubun Marketinq üzrə mütəxəssisi vəzifəsində çalışan Erkin bəy işdən kənarlaşmasını narazı tonda ifadə edib. Özü ilə əlaqə saxlasaq da, bu haqda əlavə heç nə demək istəmədiyini bildirdi.
Mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı isə belə dedi:
“Erkin bəy öz istəyi ilə “Neftçi”dən ayrılıb. Uzun illər klubda çalışıb. Göstərdiyi xidmətlərə görə təşəkkür edirik”.
Kamil Əhməd
31 Oktyabr 2024, 17:24
Baxış sayı:88
Bu xəbər 04 Noyabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















