“Neftçi”də daha bir legionerin taleyinə aydınlıq gəldi
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
İfeanyi Metyunun “Neftçi”dəki taleyinə aydınlıq gəlib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi karyerasını ağ-qara formada davam etdirəcək.
28 yaşlı futbolçu ötən ilin sentyabrında paytaxt təmsilçisi ilə 1+1 şərti ilə müqavilə bağlasa da, “+1”in hansı şərtlər altında qüvvəyə minəcəyi barədə məlumat yox idi.
Anlaşma sənədində Metyunun başa çatan mövsümdəki oyun sayı əsas kimi göstərilib.
Yəni futbolçunun meydanda olduğu matç sayı tərəflər arasında nəzərdə tutulan qədər olacaqdısa, daha 1 illik sözləşmə qüvvəyə minəcəkdi.
İfeanyi 2025/26 mövsümündə Premyer Liqada 26, Azərbaycan kubokunda 2 oyunda meydana çıxmaqla “Neftçi”dəki növbəti 1 ilini təmin edib.
Dayaq yarımmüdafiəçisi 28 qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənməklə baş məşqçi Yuri Vernidubun rəğbətini qazanıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 29 May 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















