Icma.az
close
up
RU
“Neftçi”də rusiyalı futbolçu yoxdur, ola da bilməz” Yuri Vernidub

“Neftçi”də rusiyalı futbolçu yoxdur, ola da bilməz” Yuri Vernidub

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi”də rusiyalı futbolçu yoxdur, ola da bilməz” - Yuri Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukrayna mətbuatına - sport.ua saytına müsahibə verib.

QOL.az xəbər verir ki, 59 yaşlı mütəxəssis komanda ilə bağlə təəssüratlarını bölüşüb, qarşıya qoyduğu hədəfləri açıqlayıb.

- Yuri Nikolayeviç, artıq bir aydır “Neftçi”nin baş məşqçisiniz. Təəssüratlarınız necədir?

- Yalnız müsbət. Burada hər şey xoşuma gəlir. Ən önəmlisi futbolçular məşqçilər korpusunun tələb və göstərişlərini düzgün qəbul edirlər. Komandanın vəziyyətini yaxşılaşdırmaq üçün çalışacağıq.

- “Neftçi” ilə müqavilənizin müddəti nə qədərdir?

- 1,5 il.

- Çempionatda komandanız yeddinci pillədədir. Mövsümün sonu üçün hansı vəzifələr qoyulub?

- Azərbaycanda “Neftçi” Ukraynadakı “Dinamo” kimidir, ona görə də hədəflər həmişə ən yüksəkdir. Qızıl medallara çatmaq çətin olacaq, amma hər oyunda qalib gəlməyə çalışacağıq ki, mümkün qədər yüksək pilləyə qalxaq. Futbolçular bunu başa düşür, hətta komandada çoxlu legioner olsa da.

Biz təlim-məşq toplanışı keçirik və futbolçuların işə yanaşması xoşuma gəlir. “Neftçi”yə oyunçular yaxşı seçilib. İndi fiziki hazırlığı artırmaq, intizamı gücləndirmək qalır və sonra irəli getmək qalır (gülür). Düşünürəm ki, futbolçular da özlərini sübut etməkdə və irəliləmək istəməkdə maraqlıdır.

– Siz demişdiniz ki, komandadakı legionerlərin səviyyəsindən narazısınız. Bu fikiriniz dəyişib?

– Bu, jurnalistlərin uydurmasıdır. Yeganə geniş olmayan müsahibəni klubun mətbuat xidmətinə “Neftçi”ilə müqavilə imzaladıqdan sonra vermişəm. O vaxtdan bəri nə azərbaycanlı, nə də ukraynalı jurnalistlərlə danışmışam. Siz jurnalistsiniz ki, təyinatımdan bir ay sonra ayrıca müsahibə verirəm. Bir də ki, mən futbolçularım haqda pis danışmaram. Bu, onların nüfuzunu zədələyər. Biz bir qayıqda oturmuşuq, eyni istiqamətdə üzməliyik.

– Legionerlər arasında ən ulduz futbolçu Vensan Abubakardır.  “Beşiktaş” və “Portu”nun sabiq hücumçusunun hazırkı durumu necədir?

- O, hazırlıqlarda əla iştirak etdi, bir məşqi belə buraxmadı və çəki verdi. Onu izləyirəm və götərürəm kk, Vensan oynamaq istəyir. amma rəqabət var, məsələn, Bassalu Sambunun timsalında. Amma Abubakar ulduz oyunçudur, bunu 100 faiz deyə bilərəm.

– Sizdən soruşmaya bilmirəm. Ukraynadan yeni oyunçu almağı planlaşdırırsınız?  

- Hazırda yox. Burada yalnız  “Çernomorets”in keçmiş yarımmüdafiəçisi Andrey Ştoqrin oynayır. O, hazırlıqlarda iştirak etdi və məndə çox yaxşı təəssürat bağışladı. İndi o, əsas komandaya sifariş olunacaq.

– “Neftçi”ni yenidən zirvəyə qaytarmaq çətin olmayacaq? Nəzərə alaq ki, hazırda Azərbaycanda “Qarabağ” üstündür.

– Niyə rəqibin əhvalını pozmayaq ki? (gülür). Ona görə mən bu çağırışı qəbul etmişəm. Mənə bura gəlib tanınmış klubda işləmək maraqlı idi. “Neftçi” hazırda olması lazım olan mövqedə deyil. Bu isə məşqçi korpusumuz üçün stimuldur. Uzağa baxmadan, sadəcə işləyəcəyik. Hər şey mümkündür.

– Yaxınlarda Azərbaycanda ukraynalı məşqçilərin derbisi olacaq. Andrey Demçenkonun rəhbərlik etdiyi “Araz-Naxçıvan”la oyunu prinsipial hesab edirsiniz?

- Turnir cədvəlindəki mövqeyə görə bu oyun vacibdir, amma şəxsi rəqabət məsələsi deyil. Əsas odur ki, komanda irəliləsin. Məncə, Demçenko da belə düşünür. Bu oyun bizim üçün önəmlidir, güclü tərəf qalib olacaq. “Neftçi” xal toplamalıdır.

- Rusiyaya münasibətdə mövqeyinizi nəzərə alaraq soruşmaya bilmərəm: “Neftçi” ilə Moskvanın “Lokomotiv” klubu arasında əməkdaşlıq memorandumu imzalanmasına necə reaksiya verdiniz?

- Burada da jurnalistlər məlumatı şişirdiblər. Bəzi KİV-lər yazıb ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim bununla nə əlaqəm var? Əsas komandada bir nəfər də olsun rusiyalı yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar çıxış edirlər. Mən burada Ukrayna dilində danışıram, sözlərimi isə futbolçulara və ya həmsöhbətə tərcüməçi çatdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Yanvar 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see168

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see152

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see143

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see142

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see140

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see138

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see137

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri