Icma.az
close
up
RU
Yuri Vernidub dəyişikliyə gedir “Neftçi”də yeniliklər

Yuri Vernidub dəyişikliyə gedir “Neftçi”də yeniliklər

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Yuri Vernidub "Neftçi"nin gündəlik hazırlıq proqramında dəyişiklik edib. Komandanın fiziki durumunun aşağı olmasını görən yeni baş məşqçi məşq saatını artırıb. Əgər "ağ-qaralar" Samir Abasovun vaxtında 50 dəqiqə, maksimum 1 saat çalışırdısa, bundan sonra məşq prosesi 1,5 saat davam eləyəcək.

Ölkə.Az Sportinfo-ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssis artıq hər bir oyunçunun fiziki göstəriciləri ilə şəxsən maraqlanır. Buna əsasən, günlük, həftəlik və aylıq hesabat tərtib olunacaq.

Bu arada Vernidubun futbolçulardan əsas tələbi məlum olub. Təcrübəli mütəxəssis komanda üzvlərindən 90 dəqiqə meydanda hərəkət etməyi istəyib.

O, az qaçan, hər top uğrunda sonadək çarpışmayan, ikili mübarizələrdən yayınan oyunçulara əsas heyətdə şans verməyəcəyi barədə xəbərdarlıq edib.

Ukraynalı "ağ-qaralar"a son olaraq çalışdırdığı "Krivbass"ı misal çəkib. Bildirib ki, Krivoy Roq təmsilçisi onun başçılığı altında 2024-cü ildə uğurlu mövsüm keçirib və ölkə çempionatında üçüncü yer tutub. "Krivbass"ın bir matçından nümunə gətirib. Əvvəlki komandasının ən pis halda oyun ərzində 118 min metr qaçdığını xatırladıb və müqayisə aparıb.

"Neftçi"nin avqustdan bəri keçirdiyi qarşılaşmaların göstəricilərini incələyən yeni baş məşqçi bu rəqəmin 90 min metri keçməməsini təəssüf hissi ilə vurğulayıb. Deyib ki, meydanda bu qədər az hərəkət eləyən komandanın uğurlu nəticələr qazanması müşkül işdir. O, bundan sonrakı mərhələdə fiziki hazırlığa xüsusi diqqət yetirəcəyini söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:657
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri