“Neftçi”dən ayrılan Kuç “Ballkani”yə qayıtdı FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kosovonun “Ballkani” futbol klubu Monteneqro millisinin yarımmüdafiəçisi Edvin Kuçun transferini rəsmiləşdirib.
İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu sabiq komandasına qayıdıb. Kuç “Ballkani”nin son illərdəki ən uğurlu dövrünün əsas simalarından biri sayılır. O, klubda kapitan və lider kimi çıxış edib, komandanın ardıcıl üç dəfə Kosovo çempionu olmasında mühüm rol oynayıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, təcrübəli yarımmüdafiəçi “Ballkani” ilə ölkə kuboku və Superkubokunda da uğur qazanıb. O, komandanın Konfrans Liqasındakı çıxışlarında da əsas fiqurlardan biri olub.
Kuç son olaraq Azərbaycanın “Neftçi” klubunda oynayıb. Onun “Ballkani”yə qayıdışı Kosovo təmsilçisi üçün həm orta xəttə ciddi gücləndirmə, həm də komandanın qalib mentalitetini yaxşı tanıyan liderin dönüşü kimi qiymətləndirilir.
Qeyd edək kio, 2024-cü ilin yayında transfer olunmuş Kuç "ağ-qaralar"ın heyətində 44 rəsmi oyun keçirib, bir qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 24 İyun 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















